Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun İbadulla kəndində kompleks quruculuq işləri aparılıb

Şərur, 15 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun İbadulla kəndində də geniş quruculuq işləri görülüb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.

Bilik Günü İbadulla kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də - Bilik Günündə İbadulla kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edib.

Ali Məclisin Sədri Qədim Şərq müdriklərinin “İnkişafa gedən yol təhsildən keçir” fikrini xatırladaraq deyib: Təhsil olmadan inkişaf yoxdur. Ona görə də ölkələr öz inkişafına görə hər şeydən əvvəl təhsilə borcludur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə təhsilin cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, bu sahəni xalqımızın milli maraqlarına uyğunlaşdıraraq demişdir: “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”.

Qeyd olunub ki, elmin və təhsilin inkişafı sahəsində bu gün ölkəmizdə qazanılan nailiyyətlər, formalaşan intellektual potensial dahi şəxsiyyətin müəllifi olduğu təhsil strategiyasının bəhrələridir. Ulu Öndərimizin yolu ilə gedən Azərbaycanda təhsil quruculuğu dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən qayğı, qoyulan investisiya Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsili yeni inkişaf mərhələsinə çıxartmış, təhsil infrastrukturu sahəsində əsaslı dönüş yaranmışdır. Hər il muxtar respublikamızda təhsil müəssisələri üçün müasir tələblərə cavab verən komplekslər tikilir. Mütərəqqi tədris metodları və yeni texnologiyalar tətbiq edilir ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün çox vacibdir. Bilik Günündə Şərur rayonunun İbadulla kəndində yeni məktəb binasının istifadəyə verilməsi də təhsil sahəsində həyata keçirilən kompleks tədbirlərin davamıdır.

Ali Məclisin Sədri İbadulla kənd məktəbinin istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini və məktəbin kollektivini təbrik edib, müəllim və şagirdlərə təhsildə uğurlar arzulayaraq deyib: Bu bir həqiqətdir ki, intellektual inkişafa nail olmadan güclü dövlətçilikdən danışmaq mümkün deyil. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq demişdir: “Hər bir ölkənin, dövlətin gələcəyi onun intellektual potensialından asılıdır. ...O ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi var, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçib”.

Yolumuz və məqsədimiz bilikli və savadlı, vətənpərvər gənclik yetişdirməkdir. Ona görə də hər bir şagird və tələbə Azərbaycan dilini, Azərbaycan tarixini, milli dəyərlərimizi mükəmməl bilməli, azı bir xarici dil öyrənməli, tədris olunan fənləri və yeni texnologiyaları mənimsəməli, daim klassik və müasir ədəbiyyatı mütaliə etməli, özünü ölkəmizin gələcəyinə hazırlamalıdır. Təhsil o zaman fayda verir ki, o dövlətin konkret ehtiyaclarına hesablansın. Bu gün muxtar respublikamızda iqtisadi və sosial sahədə kompleks islahatlar aparılır, istehsal prosesləri texnoloji cəhətdən yenilənir, yeni iş yerləri açılır. Bu isə özlüyündə bütün səviyyədən olan ixtisaslı kadrlara tələbatı artırır. Ona görə də gənclərimiz təhsil almaqla yanaşı, həm də peşə öyrənməli, seçdikləri ixtisasın gözəl bilicilərinə və mütəxəssislərinə çevrilməlidirlər.

Ali Məclisin Sədri gənclərə müraciətlə deyib: Müasir dünyanın reallıqları onu göstərir ki, müstəqillik və sabitlik şəraitində yaşamaq, təhsil almaq heç də hər kəsə nəsib olmur. Hər bir gənc bugünkü müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın qədrini bilməli, Ulu Öndərimizin əsəri və əmanəti olan qüdrətli Azərbaycanın əsl vətəndaşına çevrilməlidir. Siz bu gün nə qədər yaxşı oxusanız, elmlərə və biliklərə nə qədər dərindən yiyələnsəniz müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və işıqlı olacaqdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında və yeni tədris ilində pedaqoji kollektivə uğurlar arzulayıb, muxtar respublikanın bütün şagird, kursant, tələbə və müdavimlərini, müəllim və valideynləri bir daha yeni tədris ili münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilib, ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. 2018-2019-cu tədris ilində muxtar respublikanın 215 ümumtəhsil məktəbində 181 məktəbəhazırlıq qruplarında 2712 uşaq, birinci siniflərdə 4964 şagird olmaqla, ümumilikdə, 50 minə yaxın şagird təhsil alacaq, onların təhsili ilə 7616 müəllim məşğul olacaq. Ümumtəhsil məktəblərində 600-dən yuxarı elektron lövhənin quraşdırılması və təhsil müəssisələrinə 5337 dəst kompüterin, 2 milyon 710 mindən artıq yeni dərslik və metodik vəsaitin verilməsi təhsil müəssisələrinin maddi-tədris bazasını gücləndirib. Təhsilə göstərilən dövlət qayğısı və yaradılmış şərait nəticəsində şagirdlərin təhsilə marağı artıb, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşıb. 2018-ci ildə tam orta təhsil bazasından Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla məzunlardan 1554-ü ali təhsil müəssisələrinə, 227-si müxtəlif ali hərbi məktəblərə qəbul olub. Ümumilikdə 1781 məzun, yaxud sənəd verənlərin 71 faizi ali məktəblərə qəbul olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Rəhman Məmmədov göstərilən qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

İbadulla kənd tam orta məktəbinin müəllimi Turan Həsənova deyib: Muxtar respublikada təhsilin yüksək səviyyədə himayə edilməsinin nəticəsidir ki, ardıcıl olaraq yeni təhsil ocaqları istifadəyə verilir. Bilik Günündə İbadulla kəndində istifadəyə verilən müasir məktəb binası da yeni quruculuq ünvanlarından biridir. Həmçinin muxtar respublikada müəllimlərin əməyi də daim yüksək qiymətləndirilir. Ali Məclis Sədrinin 2018-ci il 14 sentyabr tarixli Sərəncamı ilə 12 müəllimə "Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi" fəxri adı verilib. Fəxri ada layiq görülənlər içərisində mənim də adım var. Bu, müəllim əməyinə verilən ən yüksək qiymətdir. Üzərimizə daha böyük vəzifələr düşür. Çalışacağıq ki, göstərilən böyük etimadı əməli fəaliyyətimizlə doğruldaq. Turan Həsənova göstərilən qayğıya görə müəllimlər adından minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 522 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 31 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. Məktəbin kitabxana fondunda 3211-i dərslik və 7016-sı bədii ədəbiyyat olmaqla 10 min 227 kitab vardır. 2018-2019-cu tədris ilində İbadulla kənd tam orta məktəbində birinci sinfə 34 şagird qəbul olunub.

Şagirdlərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbdə yeni texnologiyaların tətbiqi, xüsusilə kompüter otaqlarında internetə çıxışı olan 38 kompüterin quraşdırılması informatika dərslərinin tələb olunan səviyyədə keçirilməsinə imkan verəcəkdir. Həmçinin məktəbdə 3 elektron lövhənin quraşdırılması distant təhsilin tətbiqinə şərait yaradır.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsi izləyib. 214 təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

İdman zalında və hərbi kabinədə yaradılan şərait gənclərin sağlam ruhda böyüməsinə, eləcə də onlarda hərbi vətənpərvərlik tərbiyəsinin formalaşması və hərb sənətinə marağın artırılmasına imkan verir.

Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: İbadulla kənd tam orta məktəbinin nailiyyətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətləndiricidir. Bu onu göstərir ki, məktəbdə müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır. Bu gün yeni məktəb binası istifadəyə verildi. Müəllimlərdən biri “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” adına layiq görüldü. Eyni zamanda, məktəbin pedaqoji kollektivi valideynlər qarşısında hörmətə layiqdir. Çünki gənclərə yaxşı təhsil verilib, onlar ali və orta ixtisas məktəblərinə qəbul olunub, peşə məktəblərinə yönləndiriliblər. Bu gün qarşıda duran əsas vəzifə gəncləri həm təhsilli, həm də vətənpərvər böyütməkdir. Artıq İbadulla kənd tam orta məktəbinin timsalında deyə bilərik ki, muxtar respublikamızda təhsil sahəsindəki nailiyyətlər qənaətləndiricidir.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli Sərəncamı ilə bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Onların 6-sı muxtar respublikanın tələbələridir. Bu, böyük nailiyyətdir. Bu gün muxtar respublikamızdakı məktəblər müasirləşdirilib. Məktəblərdə yeni tədris avadanlıqları qurulub, kitabxanalar istifadəyə verilib, şagirdlər dərsliklərlə təmin olunub. Əsas məqsəd ondan ibarətdir ki, gənclər təhsilli və vətənpərvər böyüsünlər. İbadulla kənd tam orta məktəbinin yeni binası müasir tədris ocağı olmaqla yanaşı, həm də bir memarlıq abidəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. İbadulla kənd tam orta məktəbinin kollektivi bundan sonra nailiyyətlərini daha da artırmalı, muxtar respublikamızın nümunəvi məktəblər sırasındakı yerini qoruyub saxlamalıdır.

Məktəbin gənc müəllimi Leyla Rəhimli minnətdarlıq edərək deyib: Bu gün İbadulla kəndinin sakinləri və müəllimləri üçün olduqca əlamətdar gündür. Şərur rayonunda daha bir müasir məktəb binası istifadəyə verildi. Kollektivimizin sevincinin həddi-hüdudu yoxdur. Çünki yeni elektron lövhələr, kompüterlər, müasir tədris avadanlıqları ilə təchiz olunmuş məktəb binası tədrisin daha səmərəli təşkilinə imkan verəcəkdir. Leyla Rəhimli yaradılan şəraitə görə rayon gəncləri adından minnətdarlıq edib, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində səylərini əsirgəməyəcəklərini bildirib.

Binanın həyətində bufet tikilib, açıq idman qurğuları və fərdi qazanxana quraşdırılıb, abadlıq işləri aparılıb.

İbadulla kənd mərkəzi istifadəyə verilib

Sentyabrın 15-də İbadulla kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 74 yerlik zal yerləşir. Yeni Azərbaycan Partiyası İbadulla kənd ərazi ilk təşkilatının 245 üzvü vardır. Onlardan 62-si gənc, 34-ü isə qadındır.

Kitabxanada 5063 ədəbiyyat vardır. Onlardan 1144-ü latın, 3919-u isə kiril əlifbası ilə çap olunmuş kitablardır. Bildirilib ki, müasir kitabxana oxucu sayının artmasına imkan verir. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.

Məlumat verilib ki, İbadulla kəndində əkinçiliyin və heyvandarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Yeni suvarma xəttinin çəkilməsi torpaqların su təminatını xeyli yaxşılaşdırıb. Artıq kənddə təsərrüfatlar genişlənir, insanların yaşayışı yaxşılaşır, məskunlaşma artır. Son illər kənddə 20 yeni ev tikilib.

Rabitə evində quraşdırılan 512 yerlik yeni nəsil ATS İbadulla və Qışlaqabbas kəndlərində 425 abonentə xidmət edir. Hazırda İbadulla kəndində 95 internet istifadəçisi vardır. Müasir şərait və yeni avadanlıqlar istifadəçilərin sayının artmasına səbəb olub. Hazırda 100 abonent internet çəkilişi üçün müraciət edib.

Həkim ambulatoriyasında əhaliyə hərtərəfli səhiyyə xidməti göstəriləcək

Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edib.

Sentyabrın 15-də İbadulla kəndində Həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, fizioterapevtik kabinə, doğuş, manipulyasiya-peyvənd, mama, qeydiyyat otağı və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, sentrifuqa, hemometr, qlükometr və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapevtik kabinə isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Yaradılan şərait tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verir.

Həkim ambulatoriyasında qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter Şərur rayonunun səhiyyə informasiya sisteminə qoşulub. Qeydiyyata alınan və müayinə olunan xəstələr haqqındakı məlumatlar, eyni zamanda, mərkəzə də ötürülür.

Bu ilin ötən dövründə İbadulla kəndində 17 uşaq doğulub. Hazırda 12 hamilə qadın qeydiyyatdadır və onlara mütəmadi patronaj xidmət göstərilir. Eyni zamanda, peyvənd işi də diqqətdə saxlanılır, uşaqlar vaxtlı-vaxtında peyvənd olunur.

Ali Məclisin Sədri İbadulla Kənd Həkim Ambulatoriyasının nümunə olduğunu bildirib, sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, peyvənd və patronaj işinin təşkili, səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İbadulla kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara daha çox üstünlük verilir.

Xidmət mərkəzində işlə təmin olunan dərzi Rüqəyya Səfərova muxtar respublikada peşə adamlarının qayğı ilə əhatə olunduğunu bildirib, yaradılan şəraitə görə minnətdarlıq edib.

Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə kənd avtomobil yolu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur”.

Muxtar respublikada kənd yollarının yenidən qurulması da daim diqqət mərkəzində saxlanılır. Çünki müasir və abad yol inkişaf və rahat həyat deməkdir.

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə avtomobil yolunun açılışını edib.

Ali Məclisin Sədri İbadulla kənd sakinləri ilə görüşüb, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: İbadulla kəndi muxtar respublikamızın abad yaşayış məntəqələri sırasına daxil oldu. Kənddə aparılan quruculuq işləri, yaradılan şərait ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Sabitlik, iqtisadi islahatlar, düzgün yol ölkəmizin inkişafının əsas səbəbidir. Bu gün İbadulla kəndində məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, yol istifadəyə verildi. Kənddə dayanıqlı təbii qaz, elektrik və rabitə xidməti göstərilir. Yaradılan bu şərait hər bir sakinin rahatlığına xidmət edir. Sakinlərin vəzifəsi isə yaradılanları, qurulanları qorumaq, onlardan səmərəli istifadə etməkdir. Kəndin zəhmətkeş insanları torpaqları əkməli, yeni bağlar salmalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Kənd ağsaqqalı Ələkbər İsmayılov minnətdarlıq edərək deyib ki, aparılan quruculuq işləri və yaradılan şərait bütün sakinlər tərəfindən sevinclə qarşılanır. Daimi işığımız, qazımız, rabitə xidmətimiz, internetimiz, rahat yaşayışımız var. Dövlətin dəstəyi ilə təsərrüfatlarımız genişlənir, dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. İllər öncə söyləmişdiniz ki, vaxt gələcək kəndlərdə ən hündür binalar məktəb binaları olacaq. Artıq bu fikriniz reallığa çevrilib. Övladlarımız ən müasir məktəblərdə təhsil alırlar. Kəndlərimizdə ən hündür binalar məktəb binalarıdır. Bu, bir daha təsdiq edir ki, təkcə bugünümüzə yox, gələcəyimizə də qayğı göstərirsiniz.

Sonra Ali Məclisin Sədri yolda yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 5 kəndi birləşdirən avtomobil yolunun uzunluğu 17,6 kilometrdir. Yenidənqurma işləri aparılarkən yol yatağı genişləndirilib, asfalt örtük salınıb, 55 su keçidi qoyulub, 440 metrlik beton kanal çəkilib. Həmçinin kənddaxili yollar da yenidən qurulub, 30 kilometr yola qum-çınqıl qatı verilib.

İbadulla Radio-Televiziya Verici Stansiyası yeni binada fəaliyyətə başlayıb

Sentyabrın 15-də İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, iki mərtəbədən ibarət binada əsas və ehtiyat magistral kabel xətlərinin və ərazi üzrə 16 avtomat telefon stansiyasının fiberoptik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, Türkiyə-Naxçıvan arası aralıq gücləndirici və radio-rele linklərin modemləri quraşdırılıb. Yeni avadanlıqlar yüksək iş əmsalına malikdir. Bu da televiziya və radio kanallarının ərazidə rəqəmsal formatda kəsintisiz və keyfiyyətli yayımına imkan verəcəkdir.

Efirə nəzarət otağında 2 monitor, 2 rəqəmsal teleradio və 4 FM Radio vericisi qurulub. Yaradılan şərait teleradio yayımını mütəmadi izləməyə imkan verir. Eyni zamanda, yaranmış hər hansı nasazlıq barədə operator dərhal məlumatlandırılır.

Bina ikitərəfli elektrik xətti ilə təchiz edilib, 2 generator quraşdırılıb, 430 metr yüksəkgərginlikli kabel, 2600 metr hava elektrik xətti çəkilib, 250 və 160 kilovoltluq transformator yarımstansiyası qurulub. 150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radio vericilərin şüalandırıcıları, anten-fider sistemləri qurulub, radio-rele avadanlıqlarının qəbuledici-verici çanaq antenləri montaj olunub.

Ali Məclisin Sədri İbadulla Radio-Televiziya Verici Stansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muxtar respublikamızda yeni texnologiyaların tətbiqinə üstünlük verilir. Yeni texnologiyalardan istifadə insanların dünyagörüşünün artmasına, həyat səviyyəsinin rahatlanmasına xidmət edir. İbadulla Radio-Televiziya Verici Stansiyasının əvvəlki binası və avadanlıqları müasir tələblərə cavab vermirdi. Lakin bu gün yeni binada ən müasir avadanlıqlar quraşdırılıb, göstərilən xidmətin keyfiyyəti artıb.

Ali Məclisin Sədri deyib: Yeni texnologiyaların tətbiqi, eyni zamanda, yeni mütəxəssislərin yetişməsi deməkdir. Bu gün muxtar respublikada yeni texnologiyalar sahəsi üzrə mütəxəssislərin yetişməsinə xüsusi diqqət yetirilir. Naxçıvan Dövlət Universitetində müvafiq ixtisasın Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilməsi, mütəxəssislərin başqa ölkələrə hazırlığa göndərilməsi, yeni texnologiyalar sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan “Huawei” şirkəti ilə əməkdaşlıq edilməsi, muxtar respublika ərazisinin tamamilə optik kabellə və internetlə təmin olunması yeni texnologiyaların inkişafı ilə yanaşı, həm də mütəxəssislərin hazırlanmasına xidmət edir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, avadanlıqların işlədilmə qaydasını öyrənməli, onlara vaxtında texniki qulluq göstərilməli, ərazidə radio və televiziya verilişlərinin yayımı nümunəvi təşkil olunmalıdır.

İbadulla Radio-Televiziya Verici Stansiyasının əməkdaşı Ziyafət Həsənov kollektiv adından minnətdarlıq edərək deyib: Ali təhsilli mütəxəssis kimi 20 ildən artıqdır burada çalışıram. Fəaliyyətimiz dövründə heç vaxt bugünkü kimi müasir şəraitlə təmin olunmamışıq. Ən müasir avadanlıqların quraşdırıldığı bu bina kollektivin məsuliyyətini daha da artırır. Qarşımıza qoyulan vəzifələrin icrasında səylə çalışacaq, sakinlərə nümunəvi xidmət göstərəcəyik.

Həyətdə abadlıq işləri aparılıb və yaşıllıq sahəsi salınıb.

X X X

İbadulla kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 1300 metr yeni fiberoptik kabel, 5250 metr yeraltı rabitə, 80 metr yeraltı kabel xətti çəkilib, 400 kilovoltluq transformator yarımstansiyası qurulub. Bundan başqa 720 metr qaz xəttində təmir-bərpa işləri aparılıb, 1200 metr içməli su xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub