Serxio Peres: “McLaren” Bakıda bizdən daha sürətli idi
Bakı, 30 aprel, AZƏRTAC
“Racing Point” komandasının pilotu Serxio Peres etiraf edib ki, Azərbaycan Qran-Prisinin gedişində “McLaren” yürüşçülərini arxada saxlamaq ona çox çətin olub. Çünki onların bolidi daha sürətli idi.
AZƏRTAC xəbər verir ki, “Autosport” Serxio Peresdən bu sitatları gətirir: “Bu, birinci dövrədən sonra yaxşı görünürdü. Mən Ferstappeni üstələdim, startda onu keçdim. Lakin biz çox tezliklə başa düşdük ki, “Red Bull Racing”lə mübarizə aparmaq alınmayacaq. Məni daha çox “McLaren”lər narahat edirdi. Çünki onlar bütün yürüş boyunca güclü idilər və mənə böyük təzyiq göstərirdilər.
Mən son dövrələr istisna olunmaqla, bütün yürüş boyunca əlimdən gələni etdim. Səhvlərə yol verməmək və vaxt itirməmək - bu, “McLaren” pilotlarını arxada saxlamaq üçün yeganə vasitə idi. Çünki onlar bizdən daha sürətli idilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]