“SƏS” QƏZETİNİN XÜSUSİ NÖMRƏSİ BURAXILMIŞDIR
Nəfis şəkildə tərtib edilmiş qəzetin birinci səhifəsində ümummilli liderimiz Heydər Əliyevin əzəmətli portreti və ulu öndərimizin “Səs” qəzeti haqqında söylədiyi dəyərli sözlər verilmişdir.
Oxucular bu nömrədə 1992-ci il oktyabrın 16-da respublikamızın “91-lər” kimi tanınmış ziyalılarının ümummilli lider Heydər Əliyevə ünvanladığı və o vaxt “Səs” qəzetində dərc olunan “Azərbaycan Sizin sözünüzü gözləyir” sərlövhəli müraciəti və ulu öndərimizin buna cavabı ilə bir daha tanış ola bilərlər.
Qəzetdə dərc olunan məqalələrdə və müsahibələrdə Yeni Azərbaycan Partiyasının qeyri-rəsmi mətbu orqanı kimi fəaliyyət göstərən “Səs” qəzetinin keçdiyi şərəfli tarixi yola nəzər salınır.
Yubiley nömrəsində “Səs” qəzetinin kollektivinə ünvanlanan çoxsaylı təbriklər də dərc olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]