SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞI ADINDAN AZTƏMİNATLI AİLƏLƏRƏ QURBAN PAYI TƏQDİM OLUNMUŞDUR
Müqəddəs islami dəyərlərə daim sadiq qalan dost və qardaş Səudiyyə Ərəbistanı, hər il olduğu kimi, bu il də Azərbaycanın Bakı və Sumqayıt şəhərlərində, Bərdə rayonunda əhalinin həmin təbəqələrinin nümayəndələrinə qurban payı təqdim olunması üçün 1500 baş dana və qoyun ayırmışdır.
Tədbirdə Səudiyyə Ərəbistanının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Cəfər, respublika Nazirlər Kabinetinin məsul işçisi Qurban Sadıqov, islam “Nicat” təşkilatının nümayəndələri çıxış edərək, Qurban bayramı münasibətilə xalqımızı təbrik etmiş, xoş arzularını bildirmiş, həccə getmiş Azərbaycan zəvvarlarının ziyarətlərinin böyük Allah tərəfindən qəbul olunmasını, Azərbaycana sülh, əmin-amanlıq, xoşbəxtlik diləmişlər.
Səfir Əli Həsən Cəfər fevralın 2-də Azərbaycan jurnalistləri ilə də görüşərək, müqəddəs bayram – Eydül-əzha münasibətilə onları təbrik etmiş, səmimi arzularını çatdırmışdır. Sonra o, mətbuat nümayəndələrinə qurban payı təqdim etmişdir.