Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin qaydalarını açıqlayıb
Qahirə, 23 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi COVID-19 pandemiyası şəraitində keçiriləcək Ümrə ziyarətinin qaydalarını açıqlayıb. AZƏRTAC xəbər verir ki, nazirlikdən rəsmi SPA informasiya agentliyinə bu ziyarətdə məhdud sayda əcnəbi zəvvarların da iştirak edəcəyi bildirilib.
Builki qaydalara görə, oktyabrın 4-dən başlayaraq, Krallığın hüdudları daxilində yaşayan zəvvarlar Ümrə ziyarətini yerinə yetirə biləcəklər. Lakin iki müqəddəs məscidi ziyarət edəcək bu insanların sayı birinci mərhələdə 6 min, ikinci mərhələdə isə 15 min nəfərdən çox olmayacaq və onların COVID-19 testindən keçməsinə, qoruyucu maska taxmasına və sosial məsafə qaydalarına riayət etməsinə xüsusi diqqət yetiriləcək.
Krallıq rəsmiləri bildiriblər ki, pandemiya şəraitində keçirilən Həcc ziyarətindən fərqli olaraq, Ümrə ziyarətinin üçüncü mərhələsində xarici ölkələrdən məhdud sayda zəvvarların da iştirakına icazə veriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]