SƏUDİYYƏ MƏKTƏBLİLƏRİ FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATINDAN SONRA İMTAHAN VERƏCƏKLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı gələn il iyunun 9-dan iyulun 9-dək Almaniyada keçiriləcək dünya futbol çempionatına görə məktəblərdə imtahanlarının vaxtını dəyişdirmək qərarına gəlmişdir. Təhsil Nazirliyinin mətbuat üçün məlumatında deyilir: “Biz yol verə bilmərik ki, uşaqlarımız imtahanlara görə belə böyük idman yarışına ürəkdolusu sevinməsinlər, yaxud televizora çox baxdıqları üçün imtahanlarını uğursuz versinlər”.
İmtahanlar dünya çempionatı başa çatandan sonra başlanacaqdır.