Seul: KXDR 2 min kiloqramadək zənginləşdirilmiş uran ehtiyatına malikdir
Bakı, 25 sentyabr, AZƏRTAC
Şimali Koreya 2 min kiloqrama qədər yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatına malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi koreyalı nazir Çon Don Yon mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, əldə olunan kəşfiyyat məlumatlarına görə, hazırda Şimali Koreyanın dörd fərqli bölgəsində yerləşən uran sentrifuqaları fəaliyyətini davam etdirir.
“Bu proses dərhal dayandırılmalıdır. Hazırda dörd bölgədə sentrifuqalar işləməyə davam edir və nüvə materialları toplanır”, – deyə “Yonhap” agentliyi nazirdən sitat gətirib.
Çon Don Yon əlavə edib ki, Pxenyan və Vaşinqton arasında danışıqların bərpası KXDR-in nüvəsizləşdirilməsi istiqamətində çıxılmaz vəziyyəti yenidən canlandıra bilər.
Bir müddət öncə KXDR lideri Kim Çen In bəyan edib ki, Pxenyan ABŞ-la danışıqlara hazırdır, lakin bunun üçün Vaşinqton Şimali Koreyanın nüvəsizləşdirilməsi siyasətindən əl çəkməlidir. O, həmçinin Pxenyanın heç bir halda nüvə silahından imtina etməyəcəyini vurğulayaraq, “geridönməz” nüvə dövləti statusunun Şimali Koreya Konstitusiyasında təsbit edildiyini xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]