Seul: KXDR nüvə silahının sınağını keçirə bilər
Pekin, 11 oktyabr, AZƏRTAC
KXDR ölkə ictimaiyyətinin diqqətini mövcud ərzaq böhranından yayındırmaq üçün müxtəlif təxribatlar, o cümlədən nüvə silahı sınağı həyata keçirə bilər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu fikir Cənubi Koreya Müdafiə Nazirliyinin parlament auditi üçün hazırladığı hesabatda yer alıb. Nazirlik KXDR-in əvvəlki uğursuz cəhdlərdən sonra oktyabrın axırında hərbi kəşfiyyat peykini də orbitə çıxarmağı planlaşdırdığını güman edir.
Nazirliyin hesabatında Şimali Koreyanın mümkün təxribatlarına qarşı ölkənin müdafiə potensialının daha da gücləndirilməsi təklif edilib. Bu çərçivədə müttəfiq ABŞ ilə birgə hərbi təlimlərin vacibliyi vurğulanıb.
KXDR-in Mərkəzi Xəbər Agentliyi (KCNA) isə vacib məlumat gözlənildiyi olması barədə xəbər yayıb.
Qeyd edək ki, KXDR nüvə silahı sınağını sonuncu dəfə 2017-ci ilin sentyabrında keçirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]