Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sevil Kərimova: “Digital art” yaradıcılığı kətan üzərində rəsm çəkməkdən asan proses deyil

Sevil Kərimova: “Digital art” yaradıcılığı kətan üzərində rəsm çəkməkdən asan proses deyil

Bakı, 13 iyul, Tatyana İvanayeva, AZƏRTAC

Kristian Polun “Rəqəmsal incəsənət” kitabında müəllif yazır ki, rəqəmsal incəsənət mədəniyyət tarixində boşluqdan meydana çıxmayıb; o, əvvəlki dövrlərin bədii cərəyanları ilə, xüsusən də dadaizm, “Flüksus” cərəyanları və konseptual incəsənətlə sıx bağlıdır. Onun bu fikirləri Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı, Rəssamlıq Akademiyasının magistri Sevil Kərimovanın məhz bu postulata əsaslanan yaradıcılığı ilə ahəngdar şəkildə üst-üstə düşür.

Rəqəmsal incəsənətin muzeylərdə və digər mədəniyyət müəssisələrində özünə daimi yer edəcəyini və ya başqa kontekstlərdə mövcud olacağını söyləmək hələ də çətindir, amma bu tendensiyanın mədəniyyətə rəsmi olaraq yalnız 1990-cı illərin sonlarında, muzeylər və mədəniyyət müəssisələrinin fəaliyyət göstərdiyi vaxtlarda daxil olduğunu qeyd etməmək olmaz. Belə ki, qalereyalar getdikcə bu cür formaları öz sərgilərinə daxil etməyə və onlara ayrıca stendlər ayırmağa başladılar.

AZƏRTAC-la söhbətin mövzusu da hazırda Azərbaycan Milli İncəsənət Muzeyində bu mədəniyyət müəssisəsinin direktoru Şirin Məlikovanın kuratorluğu ilə keçirilən “Vəcihə Səmədova - 100 il: Rəssamın həyatından səhifələr” adlı sərginin ekspozisiyasına daxil edilmiş Sevil Kərimovanın “digital art” formatında hazırladığı klassik Azərbaycan vizual əsərlərindən birinin təqdimatı ilə bağlı olub.

-Sevil xanım, “digital art” incəsənət aləminin bir hissəsi hesab oluna bilərmi?

-Dünyanın irəliyə doğru sürətlə addımladığı bir şəraitdə incəsənət yerində saya bilməz! “Digital art” sonsuzluğa doğru geniş imkanlar yaradan növbəti addım və ya dönüş nöqtəsidir. Amma, zənnimcə, rəqəmsal təsviri incəsənəti düşüncələrin ifadəsinin müstəsna formatı hesab etmək o qədər də düzgün olmazdı. Mən onu bir az fərqli rakursda görürəm. “Digital art”ın dərinliklərinə vardığımda, gözlənilmədən kəşf etdim ki, dünya sivilizasiyasının mövcudluğu dövründə ərsəyə gəlmiş bütün yaradıcı sərvət rəqəmsal aləmə köçürülüb.

-Bu minvalla istənilən şedevri skan etmək mümkündür axı...

-Amma həmin şedevr “digital art” əsəri statusu almayacaq! Hətta yüksək məqamdan izn alsa da, sadəcə, bir əsərin şübhəli keyfiyyətli surəti olacaq. Yeri gəlmişkən, rəsm əsərlərinin nüsxələri hələ də ənənəvi formada yaradılır, onlar bir-birinə bənzəsələr də, “şedevr” dərəcəsinə çatmır. Rəqəmsal vizual üslub düzgün yanaşma ilə orijinallığı da saxlayır və istənilən təkrarlama sadəcə, bir surətdir. Rəqəmsal sənətdə əsərlər yaratmaq kətan üzərində rəsm çəkməkdən daha asan proses deyil. Mən də bir eskiz, konstruksiya, nisbətlər, birinci təbəqə ilə yaradıcılığa başlayıram... və sonra virtual kətan adi prosesləri təkrarlayan təbəqələrlə doldurulur. Sözlərimə inanın, burada nəticə daha da dərin olur...

- Necə?

- Başa düşürəm ki, indi klassik yanaşma tərəfdarları mənimlə mübahisə edə bilərlər, lakin rəqəmsal incəsənətdə ciddi şəkildə çalışan bir rəssam kimi mənim fikrim və təcrübəm onu deməyə əsas verir ki, bu formatda sənət əsərləri öz qabiliyyətinə görə daha böyük “həyat” palitrasına malikdir. Məsələn, orijinal əsəri çəkmək üçün xüsusi 3D effekti ilə “mexanizmlərdən” istifadə etməklə onu müəyyən etmək daha asandır... Yaxud, zərurət yaranarsa, bir növ hərəkət əlavə edəcək animasiyadan istifadə edərək həcm də qata bilərsiniz. Beləliklə, süjet “müstəvidən çıxır”...

-Amma belə olan təqdirdə bu, sadəcə rəsm əsəri deyil, animasiya filmidir.

-Tam şəkildə deyil, amma ona yaxındır. Ona görə də mənim də işlədiyim animasiyaya olan diqqətim başa düşüləndir. Məsələn, hazırda Azərbaycan Milli İncəsənət Muzeyində muzeyin direktoru Şirin xanım Məlikovanın kuratorluğu ilə Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilir. Şirin xanım gəlişi ilə muzey fəaliyyətinə innovativ layihələrdən geniş istifadəni gətirdi və bunlardan biri də mədəniyyət tarixində silinməz izlər qoymuş Azərbaycanın ilk peşəkar qadın rəssamının məşhur “Kür sahilində” tablosunun “canlandırılması” olub. İdeyanı irəli sürən, onun həyata keçirilməsi üçün hər cür şərait yaradan və multimedia tətbiqinin reallaşdırılması prosesinə bilavasitə nəzarət edən rejissorumuz olub. Bir rəqəmsal rəssam kimi tədricən təkrar istehsal etdiyim, 1961-ci ildə yaradılan sənət əsəri addım-addım müasir “görkəm” aldı. Azərbaycan rəssamının rəsm əsəri ilk dəfədir ki, rəqəmsal texnologiya vasitəsilə “yeni nəfəs” alır... Gizlətmirəm, Vəcihə Səmədovanın nəvəsi Aqşin Feyzullayev tərəfindən bu əsərə verilən yüksək qiymət məni çox sevindirdi. Onun fikri bizim üçün inanılmaz dərəcədə vacibdir. Aqşin Feyzullayev qeyd etdi ki, animasiya rəqəmsal sənət formatında müəllifin orijinallığını qoruyub saxlaya, rəssamın yaratdığı dərinliyi və sevgini çatdıra bilib. Belə bir insanın minnətdarlığını qiymətləndirmək bir sənətkar kimi mənim üçün inanılmaz dərəcədə xoşdur...

-Klassik əsərlərin insanlara “rəqəmsal” formatda çatdırılması nə dərəcədə əhəmiyyətlidir?

- Kuratorluğu ilə “Kür sahilində” rəqəmsal əsərinin yenidən yaranmasına şərait yaradan, sənət əsərlərinin insanların həyatında əhəmiyyətinin təqdimatı və təbliği sahəsində müxtəlif yenilikləri parlaq şəkildə təqdim edən Şirin xanımla mənim şəxsi əməkdaşlıq təcrübəm belə deməyə əsas verir ki, rəqəmsal texnologiya yaradıcı vizual təkamüldə növbəti addım olan bir sahədir. Sözügedən layihə bu gün rəqəmsal incəsənət üzrə təhsil alan və Vəcihə Səmədovanın sərgisinin açılışına dəvət edilən tələbələrimə rəqəmsal incəsənətin sadəcə əyləncə deyil, ciddi sənət olduğunu göstərməyimə imkan verdi. Yeri gəlmişkən, onlarda artıq “mən də belə etmək istəyirəm” həvəsi oyanıb.

-Ehtimal etmək olarmı ki, burada uşaqların cəlb olunması aspekti də var?

-Gəlin, açıq danışaq...Nə Rembrandtın “Gecə gözətçisi”, nə Da Vinçinin “Cokonda”sı, nə Van Qoqun “Günəbaxan”ı, nə Vasnetsovun “Üç cəngavər”i, nə Tahir Salahovun “Təmirçilər”i, nə də yüzlərlə başqa şedevrlər hazırkı görkəmini dəyişdirməyəcək. Qacetlərlə oynayan müasir uşaqlar üçün onlar öz hərəkətsizliyi ilə darıxdırıcı ola bilər. Daimi dinamikaya alışmış uşaqlar ilk baxışdan onlara marağı itirirlər. Zənnimcə, məhz klassik əsərlərin animasiyası hələ balaca olan, amma artıq düşünə bilən azyaşlılar üçün stimul rolunu oynaya bilər.

-Yəni, bir növ holizm kimi?

-“Digital art”ın xüsusi cazibəsi müasir dövrdə hər yerdə qacetlərə yüksək tələbatın olmasıdır. Diqqət yetirin, bizim şəhərdə demək olar ki, hər bir sakin planşet və ya smart telefondan istifadə edir. Müasir insanın həyatının bir hissəsinin də rəqəmsal dünyada keçdiyini söyləmək olar. Məsələn, uşaqların klassik sənətə marağını necə canlandıra bilərik? İndiki dövrdə onları planşetlərdən “çıxarıb” muzeyə gətirmək məsələsini həll etmək çətindir. Fikrimcə, onlara tanış olan və planşetdə rəsm çəkmək vərdişi aşılayan rəqəmsal dil burada kifayət qədər uyğundur və bir çox kiçik tələbələrim məhz bu nüansa görə bu detalları öyrənməyə gəlirlər. Uşaqlar əvvəlcə planşetdə öz oyun personajları və ya oyunun özünə yaxın bir şey yaratmaq istəyi ilə idarə olunsalar da, sonradan ən azı oyun sahəsini “tərk edir” və öz yaradıcılığı ilə məşğul olurlar. Hesab edirəm ki, tələbələrimin çoxunun tədricən klassik sənətə istinadları mənə deməyə əsas verir ki, onların “yumşaq güc” vasitəsilə onun pərəstişkarına çevrildiyini qeyd edim. Üstəlik, rəqəmsala diqqət yetirərək onu kətan və kağız üzərində ənənəvi formatda birləşdirməyə başlayanlar da var.

Eyni muzeyin divarları arasında gözəlliklə təmasda olmaq ehtiyacını süni şəkildə yaratmaq mümkün deyil. Bu, qacetlərdən istifadəni genişləndirməklə həyata keçirilməlidir və belə olan təqdirdə, rəqəmsal sahədən keçidlə qalereyalarda, muzeylərdə, sərgilərdə geniş şəkildə nümayiş etdirilən klassik əsərlərlə daha geniş tanışlığa maraq yaranır... Gələcəyimiz olan uşaqların təhsili belə davam edir. Məsələn, dünya incəsənətinin şah əsərlərini canlandırmaq vasitəsilə onları nəinki uşaqlara tanıtdırmaq, həm də balacaların öz əl işləri üçün “obyekt” axtarması ilə başqalarını maraqlandırmaq da olar. Bu, şübhəsiz ki, sənət dünyasının inkişafında növbəti addımdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır