Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seysmoloq Ramidə Kərəmova: Operativ seysmik proqnozların verilməsi mümkündür

Seysmoloq Ramidə Kərəmova: Operativ seysmik proqnozların verilməsi mümkündür

Bakı, 3 mart, G.Mahmudlu, AZƏRTAC 

Zəlzələ və vulkanların baş verəcəyi vaxt, məkan və yeraltı təkanların maqnitudasını müəyyənləşdirmək daha çox araşdırılan və aktual problemlərdən biridir. Dünya təcrübəsində zəlzələlərin əsas parametrlərinin proqnozlaşdırılması üçün etibarlı riyazi üsullar, o cümlədən proqram təminatı işlənməsə də, seysmoproqnoz sahəsində tədqiqatlar davam etdirilir. Bunlara seysmoloji, geofiziki və seysmoflüidodinamik (SFD) tədqiqatlar aiddir.

İnkişaf etmiş ölkələrdə dağıdıcı gücə malik təbiət hadisələrinin proqnozlaşdırılması sahəsində tədqiqatlar aparılsa da, dərc olunmuş məlumatlardan yalnız Çindən olan bir alimin proqnozu təsdiqlənib. Həmin proqnoz 1975-ci il fevralın 4-də Çinin əhalisi sıx olan Lyaonin şəhərində baş verən dağıdıcı zəlzələyə aid idi. Təbii fəlakətin minlərlə qurbanları ola bilərdi, ancaq düzgün proqnoz onun qarşısını aldı. Lakin 1976-cı il iyulun 27-də baş vermiş Tyan-Şan zəlzələsi isə əvvəlcədən proqnozlaşdırılmadığına görə 650 min nəfər həyatını itirib.

Məlum olduğu kimi, zəlzələnin düzgün proqnozu üçün üç əsas parametrin müəyyənləşdirilməsi tələb olunur: ocağın coğrafi koordinatları, proqnozlaşdırılan seysmik hadisənin gücü (maqnitudası) və hadisənin reallaşacağı vaxtın hesablanması. Proqnozlar cari (operativ), qısamüddətli, ortamüddətli və uzunmüddətli ola bilər. Onlardan ən çətini zəlzələnin operativ proqnozudur.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova AZƏRTAC-ın müxbirinə bildirib ki, mərkəzdə tədqiqatlar iki əsas istiqamətdə - seysmoloji üsullarla baş verən zəlzələlərin qeydə alınması və müxtəlif üsullarla (seysmoloji, geofiziki, seysmoflüidodinamik) zəlzələlərin proqnozu üzrə aparılır. 38 ildir ki, seysmoflüidodinamik (SFD) tədqiqatlar sahəsində çalışan həmsöhbətimiz bildirib: “Qarşıya qoyulan problemlərin real zaman ərzində həlli üçün bir neçə mühüm məsələnin həyata keçirilməsi lazımdır. Həmin məsələlərə yuxarıda qeyd edilən sahələr üzrə uzunmüddətli, illik, stasionar (5 ildən az olmayaraq) SFD monitorinqin aparılması, konkret sahələr üzrə faktiki ilkin məlumatların dürüstlüyü, SFD məlumatların operativ interpretasiyası, zəlzələnin reallaşmasından əvvəl seysmik proqnozun yüksək doğruluq faizi daxildir. Həmin şərtlərə əməl edilməsi olduqca mürəkkəb məsələdir. Lakin indiki vaxtda elmi ədəbiyyatda dərc olunan məlumatlara əsasən, yalnız ölkəmizdə operativ seysmik proqnoz sahəsində aparılan işlər həmin tələblərə uyğun gəlir. “Kompleks geokimya tədqiqatları” şöbəsində operativ seysmoproqnozun avtomatlaşdırılmış texnologiyalar vasitəsilə işlənməsi nəticəsində tələb olunan şərtlərə əməl edilib. Seysmoflüidodinamik (SFD) tədqiqatlar seysmogeokimyəvi və seysmohidrogeodinamik metodlara aiddir. Yeraltı sular və Xəzər dənizinin suyu, həll olunmuş qazlar və yer səthinin radioaktiv emissiyaları həmin tədqiqatların obyektləridir. Bu sahədə tədqiqatlara 1979-cu ildən başlanılıb və ölkəmizin seysmoaktiv 6 rayonunda - Abşeron, Şamaxı, Şəki, Siyəzən, Xaçmaz və Lənkəranda davam etdirilir. İllik SFD monitorinq məlumatlarının 1979-1986-cı illəri əhatə edən ilkin mərhələsində retro interpretasiya zamanı aşkar edilib ki, hətta Xəzər akvatoriyasında və Azərbaycan ərazisində seysmik sakitlik müddətində də qısamüddətli anomaliyalar müşahidə olunur. Hətta həmin fakt tədqiqatlar aparılan rayonlarda hidrometeoroloji və hava anomaliyalarından asılı olmayaraq müşahidə edilib. Onda belə qənaətə gəldik ki, SFD sahələrdə anomal dəyişikliklər qonşu ölkələrdə yerləşən və daha uzaq ocaqlarda baş verən proseslərlə bağlıdır. Beləliklə, SFD monitorinqin detallaşdırılmış retro interpretasiyası vasitəsilə həm yerli, həm də uzaq zəlzələlərin hazırlaşmasının xarakteristik qısamüddətli kriteriyalarının müəyyənləşdirilməsinə nail olduq. Nəticədə bizim seysmik proqnoz əhatəsinə planetin uzaq seysmoaktiv regionları da daxil edildi”.

1998-ci ildə Lerik rayonunda və 2000-ci ildə Bakı şəhərində baş verən güclü zəlzələlərdən sonra yalnız illik SFD monitorinqin nəticələri əsasında operativ proqnoz sahəsində əsas məsələlərin həlli üçün 1998-ci ildən riyazi və proqram təminatlarının işlənilməsinə başlanılıb. 1998-2014-cü illər ərzində aparılan tədqiqatlar nəticəsində R.A.Kərəmova və mərkəzin əməkdaşları tərəfindən mahiyyətinə görə iki müxtəlif iş - yalnız SFD sahələr üzrə regionda seysmik vəziyyətin operativ qiymətləndirilməsi və operativ seysmik proqnozu, 1 və 2 nömrəli avtomatlaşdırılmış texnologiya işlənilərək testləşdirilib və tətbiq edilib. Həmin texnologiyalar vasitəsilə illik SFD monitorinqin məlumatlarının gündəlik interpretasiyası (1 gün ərzində 27 müşahidə obyekti üçün 17 parametrin 316 qiyməti), proqnozlaşdırılan zəlzələlər üçün ocağın “diapazon-intervalları” - koordinatlar, maqnitudalar və onların reallaşmasına qalan vaxt müəyyən edilir.

Bundan başqa, Azərbaycan və həmsərhəd ölkələrdə anomaliyalar üzrə seysmik vəziyyətin operativ qiymətləndirilməsi, zəif (ml≥3.0), orta və güclü zəlzələ ocaqlarının identifikasiyası aparılır və avtomatlaşdırılmış rejimdə yerinə yetirilir, lakin mütəxəssislər tərəfindən iki texnologiya vasitəsilə təkrarlanır və dəqiqləşdirilir. Seysmik proqnoz Xəzərin akvatoriyası ilə yanaşı, Azərbaycanın və qonşu dövlətlərin əraziləri (Rusiya - Dağıstan və Çeçenistanın ona yaxın əraziləri, Gürcüstan, Türkiyə, İran), həmçinin ölkəmizdən uzaqda olan seysmik aktiv bölgələr (İndoneziya, Yaponiya, Çili, Tacikistan, Əfqanıstan, Pakistan, İtaliya) üçün də öyrənilir. İşlənmiş kompüter texnologiyaları vasitəsilə gündəlik etalon məlumatlarla müqayisə edilən nümunələrdən sonra zəlzələ ocağının koordinatları, maqnitudası və başvermə vaxtının “diapazon-intervalı” müəyyən edilir. Proqnozların özünü doğrultması isə 75-85 faiz arasında dəyişir. Nümunə kimi qeyd etmək olar ki, Abşeronun Qaradağ rayonunda fevralın 6-da vulkan püskürəcəyi (Otman-Bozdağ vulkanı) barədə “Kompleks geokimya tədqiqatları” şöbəsinin əməkdaşları tərəfindən bir neçə gün qabaqcadan, daha dəqiq desək, yanvarın 30-da proqnoz verilib.

Dünya səviyyəsində indi araşdırılan bəzi tədqiqatlar Azərbaycanda artıq xeyli vaxtdır ki, öyrənilir. “Kompleks geokimya tədqiqatları” şöbəsinin əməkdaşlarının bu sahədə əldə etdikləri uğurlar xüsusilə qürur doğurur. Planetimizin bir çox regionlarında seysmik fəallığın artdığının müşahidə edildiyi indiki vaxtda AMEA nəzdində RSXM-in “Kompleks geokimya tədqiqatları” şöbəsində aparılan innovativ tədqiqatlar olduqca aktual və vacib əhəmiyyət kəsb edir. Dünyada analoqu olmayan belə layihələrin maliyyələşdirilməsi isə, ilk növbədə, çoxlu vəsait tələb etmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir