“Shamkir Chess-2018”: Şahmatçılar yeniyetmələr üçün seans keçiriblər
Şəmkir, 25 aprel, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin iştirakçıları Şəmkirdəki “Zəka” Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçiriblər.
AZƏRTAC xəbər verir ki, yeniyetmə şahmatçılarla görüşdə həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, eləcə də dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara iştirak ediblər.