SİDNEYDƏ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 23 fevral (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Sidneydə Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilmişdir.
Avstraliya Azərbaycan Türk Dostluq Dərnəyi, Sidney Türk Dayanışma Dərnəyi, Azərbaycan Dərnəyi və “Azərbaycanın Səsi” Radiosunun birgə təşkil etdiyi anma tədbirində soydaşlarımız, eləcə də türklər, türkmənlər, digər xalqların diaspor təşkilatlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak etmişlər.
Avstraliya Azərbaycan Türk Dostluq Dərnəyinin sədri İmaməddin Qasımov faciə haqqında ətraflı məlumat vermişdir.
Maquari Universitetinin magistri Hasil Abbasov Qarabağ müharibəsində 35-ə yaxın qohumunun öldürüldüyü, şahidi olduğu dəhşətlər barədə danışmışdır.
Tədbirdə Xocalı həqiqətlərini əks etdirən şəkillər nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]