SİLAHLI QÜVVƏLƏRİMİZİN NÜMAYƏNDƏLƏRİ NATO-NUNTƏDBİRLƏRİNDƏ İŞTİRAK ETMİŞLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan hərbçiləri NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Almaniyanın Oberammerqau şəhərində keçirilən “İctimai İnformasiya” kursu, Türkiyənin paytaxtı Ankarada “Terminologiya kursu” və Rusiya Federasiyasının Solneçnoqorsk şəhərində “Beynəlxalq humanitar hüquq” üzrə təlim kursunda, Albaniyanın paytaxtı Tiranada isə “Avratlantik tərəfdaşlığın işçi planı” üzrə seminarda iştrak etmişlər.
Silahlı Qüvvələrimizin nümayəndələri tədbirlərə NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq qatılmışlar.