Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirin Məlikova: Xalça Muzeyinin fondunda 10 mindən artıq eksponat qorunub saxlanılır

Bakı, 7 dekabr, Flora Şükürova, AZƏRTAC

Sərgilər, beynəlxalq simpoziumlar və konfransların keçirildiyi Azərbaycan Xalça Muzeyi son illərdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. 50 il ərzində çoxsaylı uğurlara imza atan muzey hazırda əlaqədar beynəlxalq qurumların fəal iştirakçısıdır. Bakının müasir görünüşünə bəzək verən Azərbaycan Xalça Muzeyinin binası yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova rəhbəri olduğu qurumda tətbiq olunan yeniliklər, beynəlxalq əməkdaşlıq əlaqələri və gələcək planlarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Əvvəlcə son dövrlər muzeydə tətbiq olunan yeniliklərlə bağlı məlumat verərdiniz?

- 2016-cı ildən Xalça Muzeyində muzey kolleksiyalarının toplanması üzrə yeni strategiya hazırlanıb. Həmin strategiya çərçivəsində muzey tərəfindən 100-dən artıq yeni eksponat əldə edilib. Bura xalça, milli geyim, bəzək əşyaları, batik və tikmə nümunələri, arxeoloji materiallar daxildir. 2017-ci ildə ilk dəfə olaraq Azərbaycan Xalça Muzeyi Avstriya hərrac evindən XVII əsrə aid nadir Şirvan xalçasını alıb. Sözsüz ki, biz muzeyin köhnə ənənəsini davam etdirərək xalçaçılıq, tekstil və tətbiqi sənət üzrə beynəlxalq elmi forumlara ev sahibliyi edirik. Belə ki, bu payız muzeydə iki belə tədbirin - Beynəlxalq Muzeylər Şurasının (İCOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı və “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirilib. Sonuncu tədbirə 22 ölkədən 80-dən artıq qonaq qatılıb. Bütün bunlarla yanaşı, Azərbaycan Xalça Muzeyi müxtəlif sərgilərin keçirildiyi bir məkana çevrilib. Məsələn, bu il muzeydə “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərgi, “Reinkarnasiya” layihəsi çərçivəsində Elşən Sərxanoğlu və Eldar Babazadənin sərgiləri, “Əjdahalı”, “Naxçıvan”, “Hacıqayıb”, “Sırt-çiçi”, “Xilə-buta” xalçalarının təqdimat mərasimləri və bir sıra digər vernisajlar keçirilib. Biz bir sıra xarici muzey və təşkilatlarla sıx əlaqələr qurur, (Məsələn, Şərq Xalqları İncəsənəti Dövlət Muzeyi, Rusiya Etnoqrafiya Muzeyi, Türk və İslam Sənəti Muzeyi ) birgə layihələr keçirir, sərgi mübadiləsi aparırıq. Yeri gəlmişkən, hazırda Moskva şəhərində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və muzeyimizin birgə təşkil etdikləri “Yeddi gözəl” sərgisi açılıb. Layihələrimiz haqqında yerli və xarici KİV-lər tərəfindən məqalə və reportajlar hazırlanır. Biz kolleksiyalarımıza həsr edilmiş kitablar, buklet və açıqcalar nəşr edirik. Bu sırada muzeyin Şuşa filialına, tikmə kolleksiyası və Lətif Kərimovun muzeydə qorunub saxlanılan irsinə həsr olunmuş kitabların adını çəkmək olar. Hazırda isə muzeyimizin yarım əsrlik fəaliyyətinə həsr edilən kitab üzərində iş gedir. Azərbaycan Xalça Muzeyini təmsil edərək, mütəmadi olaraq dünyanın aparıcı tekstil muzeylərində mühazirələr keçirir, konfranslarda çıxış edirəm. Mənim təşəbbüsümlə muzeyimizdə könüllülər proqramı işlənmiş və bu proqramın köməyi ilə biz gənc, perspektivli kadrları kəşf edirik. Bununla yanaşı, tekstilin bərpası və konservasiyası üzrə yerli mütəxəssislər üçün nəzərdə tutulan və əcnəbi ekspertlər tərəfindən həyata keçirilən ustad dərsləri layihəsi işə salınıb.

Mən muzeyin ən əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri kimi yerli əhali ilə işi hesab edirəm. Bu səbəbdən də “Uşaq Muzeyi” şöbəsinin fəaliyyətini daha da genişləndiririk. İstirahət günləri muzeydə “Art-şənbə” keçirilir. “Art-şənbə” çərçivəsində ekskursiya, oyun və uşaqlar üçün ustad dərsləri, kvestlər (komanda yarışları) təşkil olunur. Kvestlərin proqramları muzey kolleksiyalarının öyrənilməsinə əsaslanır. Sənətsevərlər və eyni zamanda, bu sahədə çalışan və təhsil alan insanlar üçün dekorativ-tətbiqi sənət və etnoqrafiya üzrə, "Bir eksponatın tarixi" layihəsi çərçivəsində xalça muzeyinin eksponatlarına həsr olunmuş mühazirələr dinlənilir.

- Xalça muzeyinə daha çox ziyarətçi cəlb etmək üçün hansı addımlar atılır?

-Biz daim həm eksponatların qorunub saxlanılması və sərgilənməsi, həm də ziyarətçilərlə iş sahəsində səviyyəmizi davamlı surətdə artırmağa çalışırıq. Gördüyümüz işlər, o cümlədən rəsmi səviyyədə də öz bəhrəsini verir. Belə ki, ötən il muzeyimiz digər 40 dünya muzeyi ilə birgə “Avropanın ən yaxşı muzeyi - 2018” mükafatı nominantları sırasına daxil olub. Burada biz muzey sahəsində ictimaiyyətlə işdə innovasiyaların tətbiqinə görə sertifikata layiq görüldük. Bu çox xoş haldır, çünki muzeylərin hazırkı başlıca məqsədi ictimaiyyətlə işdir. Niyyətimiz əhalinin müxtəlif təbəqələrini muzeyə yalnız ziyarətçi kimi deyil, həmçinin burada görülən işlərin iştirakçısı olmağa cəlb etməkdir. Eyni zamanda, bu ilin əvvəlində bizim muzey Beynəlxalq Muzeylər Şurasının (İCOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CİDOC) tərəfindən qeyri-maddi mədəni irsin məlumat bazası sahəsində “Ən yaxşı təcrübə” mükafatına layiq görülüb.

-Ümumilikdə burada saxlanılan eksponat və xalçaların sayı nə qədərdir?

“Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, tikmə, geyim”, “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdirən muzey fondunda 10 mindən artıq eksponat qorunub saxlanılır. Burada tunc, antik, erkən orta əsrlərə aid eksponatlar yer alır. Kolleksiyanın böyük hissəsi isə XVIII-XXI əsrlərə aiddir.

- Muzeydə insanların ən çox marağını cəlb edən eksponat hansıdır?

-Tamaşaçılar arasında populyarlıq qazanmış hər hansı bir eksponatı seçmək mümkün deyil. Qeyd edim ki, muzeydə çox sayda müxtəlif eksponatlar saxlanılır və onlar arasında qədimliyi və mənşəyi ilə diqqətçəkən kifayət qədər nadir məmulatlar var. İkinci növbədə isə ziyarətçinin eksponata olan marağı bir çox hallarda onun şəxsi maraqları, peşəsi, hətta yaşından asılıdır. Bununla belə, tamaşaçı marağının əsas hissəsi xovlu və xovsuz xalça kolleksiyalarının payına düşür. Çünki xalça muzeyinin profilinə uyğun bu kolleksiyalara çox sayda əşya daxildir və ekspozisiya məkanının böyük hissəsini də məhz bu eksponatlar tutur.

- Azərbaycan xalçaçılıq sənətinin 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənət növünün xalqımıza məxsusluğunu bir daha sübut etdi. Eyni zamanda, hələ də xalça nümunələrimizi öz adlarına çıxaranlar var. Bunun qarşısının alınması istiqamətində hansı işlər görülür?

- Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunələr kimi qəbul olunur. Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalçasının UNESCO-nun siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.

Şübhəsiz ki, məhz bunun sayəsində ölkəmiz əsrlər boyunca cilalanan yaradıcılığın bu növünə olan hüququnu müdafiə etmiş oldu. Biz bununla fəxr edə bilərik. Eyni zamanda, bu nailiyyət uzun və ağır yolda atılan ilk və olduqca mühüm addımdır. Azərbaycan xalçaları dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Lakin onların müəyyən hissəsi insanlara fars, bəzən isə erməni xalçaları kimi təqdim olunur. Azərbaycan Xalça Muzeyinin məqsədlərindən biri də bu cür xalçaların Azərbaycan mənşəli olduğunu elmi cəhətdən sübut edib, düzgün atribusiyasına nail olmaqdır. Muzeyin digər məqsədi isə qiymətli və nadir xalçaların, eləcə də xalq-tətbiqi sənət əsərlərinin Vətənə qaytarılmasından ibarətdir. Bu işdə bizə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, yerli və əcnəbi xeyriyyəçilər yardım edirlər. Həm dövlət orqanları, həm də özəl qurumlarla birgə bu istiqamətdə apardığımız iş uğurlu fəaliyyətin təminatıdır.

- Turistlərin muzeylə bağlı marağı və təəssüratları necədir?

-Ziyarətçilərin böyük hissəsini turistlər təşkil edir və muzeydən aldıqları təəssüratlar olduqca müsbətdir. Bunun ən gözəl sübutu isə TripAdvisor-dan iki il ardıcıl olaraq aldığımız “Mükəmməllik sertifikatıdır”. Məlum olduğu kimi, TripAdvisor dünyanın ən məşhur turizm saytıdır. 2010-cu ildən etibarən təqdim olunan həmin sertifikata ən yaxşı xidməti təmin edən görməli yerlər, otel və restoranlar layiq görülür. Qeyd edim ki, “Mükəmməllik sertifikatı” üçün ərizə ilə müraciət etmək mümkün deyil, bu mükafat milyonlarla insanın saytda yazdığı müsbət rəylər nəticəsində verilir, bir sözlə öz-özlüyündə “xalqın səsidir”. Bu mükafat TripAdvisor saytında səyyahların gözəl rəylərinə nail olmuş turizm obyektlərinə təqdim edilir.

-Ziyarətçilərin sayında fərq necədir? Əsasən hansı mövsümdə daha çox ziyarətçi axını olur?

-Ziyarətçilərin sayı ildən-ilə artır. Əgər Azərbaycan Xalça Muzeyi 2016-cı ildə 60 min , 2017-ci ildə 85 min ziyarətçi qəbul etmişdisə, 2018-ci ildə isə bu rəqəm artıq 100 minə çatır. Turist axını əsasən isti aylara təsadüf edir. Həmçinin bayram, tətil günlərində Bakıya üz tutan turistlər və yerli vətəndaşlar övladları ilə birlikdə mədəni istirahət etmək üçün muzeyimizə üz tuturlar. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Xalça Muzeyində uşaqların faydalı və yeni biliklər əldə etməsi üçün hər cür lazımi şərait yaradılıb. Bundan əlavə, dərs ili ərzində paytaxt məktəblərinin həm aşağı, həm də yuxarı sinif şagirdləri muzeyimizə ekskursiya edirlər. Hər zaman Azərbaycan Xalça Muzeyinin şöhrətini yaşatmağa və bunu daha geniş coğrafiyada tanıtmağa çalışır.

-Maraqlı müsahibə üçün sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ