Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirin Rzayeva: Biz həm adi, həm də xüsusi insanlarla birlikdə işləyə bilərik MÜSAHİBƏ

Bakı, 30 avqust, Anara Axundova, AZƏRTAC

AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan insanların dəstəklənməsinə yönəlmiş təşəbbüslərdən bəhs etməyə davam edir.

Növbəti həmsöhbətimiz xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına kömək edən “BeKind” cəmiyyətinin təsisçisi Şirin Rzayevadır. Cəmiyyətin işi belə uşaqlara münasibətin dəyişdirilməsinə, onların hər birinin eşidilmək, qəbul olunmaq və cəmiyyətin həyatına cəlb edilmək hüququna malik olduğunu göstərmək məqsədi daşıyır. “BeKind” xüsusi qayğıya ehtiyacı olan uşaqların başqaları ilə bərabər böyüyə, təhsil və həyatdan həzz ala bildiyi şərait yaratmaq üçün valideynlər, müəllimlər, könüllülər və mütəxəssislərlə əməkdaşlıq edir.

- Şirin xanım, “BeKind” layihəsi nədən başladı?

- Bu, təxminən yeddi il bundan əvvəl idi. Rəfiqəmlə mən faydalı ictimai işə hansı istiqamətdən başlayacağımızı düşünürdük. O, autizm mövzusuna toxundu. Məndə bir fotosərgi ideyası yarandı - mən özüm uşaq fotoqrafıyam. Biz dəstək üçün Heydər Əliyev Fonduna müraciət etdik. Fond sayəsində, Leyla xanım Əliyevanın şəxsi iştirakı sayəsində bu sərgi baş tutdu. Bundan əlavə, Leyla xanımın dəstəyi ilə uşaqlar bu günə qədər mütəmadi olaraq akupunktur prosedurlarından keçirlər ki, bu da onların sağlamlıq vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.Onlar özlərini daha yaxşı hiss edirlər, sağlam yuxu əldə ediblər.

Sərgiyə bir ilə yaxın hazırlaşdıq. Təxminən yeddi uşaq cəlb olundu, onlarla çox vaxt keçirirdim. Onlar üçün həm müsbət, həm də çətin anlarını müşahidə etdim... Sərgi zamanı özümüz çəkdiyimiz sənədli miniçarxı nümayiş etdirdik.

Tədbirdən sonra müxtəlif ailələrdən çoxlu müraciətlər gəlməyə başladı. Əsasən ünsiyyətə ehtiyacı olanlardan. Bir çoxu deyirdi ki, maddi yardıma ehtiyacları yoxdur, onlara, sadəcə, lazımdır ki, onları başa düşsünlər, qəbul etsinlər, hansısa layihələrdə iştirak etsinlər. Ünsiyyətin nə qədər vacib olduğunu özləri də dərk edirdilər. Hər şey belə də başladı.

Cəmiyyətimizin əsas məqsədi müxtəlif tədbirlərin pulsuz əsasda keçirilməsidir. Bizi müxtəlif şirkətlər və fəallar tamamilə pulsuz şəkildə dəstəkləyirlər. Biz tez-tez dulusçuluq dərslərinə gedirik ki, bu da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çox faydalıdır. Bizi banklar dəstəkləyir - onlar müxtəlif ustad dərsləri, əyləncə mərkəzlərinə gəzintilər üçün pul ödəyirlər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın təşəbbüsü ilə muzeylə gözəl əməkdaşlığımız var - onlar bizim üçün xalçaçılıq üzrə ustad dərsləri keçirirlər, bu, çox gözəl təcrübədir. Dostlarımızın dəstəyi ilə at sürməyə də gedirik. Uşaqların heyvanlarla ünsiyyət qurması üçün zoomüdafiəçisi Fərid Mansurovun rəhbərlik etdiyi heyvanlar üçün sığınacağa gedirik.

Yeni il ərəfəsində tədbirlər keçiririk. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar tematik rəsmlər çəkir, onlardan açıqca düzəldib satırıq, əldə olunan gəliri isə bu uşaqların ailələrinə veririk. Yaxud uşaqlarla Şaxta babaya məktublar yazırıq. Sonra bu məktublar sosial şəbəkələrdəki qruplarda dərc olunur və maraqlı olan hər bir şəxs bu və ya digər uşağa hədiyyə alıb bizim vasitəmizlə ona ötürə bilər. Azərbaycanın Əməkdar artisti, Rus Dram Teatrının aktrisası İnna İmranova fəaliyyətimizə çox böyük töhfə verir. O, uşaqlara təmənnasız aktyorluq dərsləri keçir. Biz təsisçisi və bədii rəhbəri Nigar Sultanova olan “DanceAbility Azerbaijan” şirkəti ilə sıx əməkdaşlıq edirik. Onlar uşaqlarımızı müxtəlif inklüziv tədbirlərə cəlb edirlər. Azərbaycan Badminton Federasiyası ilə fəal əməkdaşlıq edirik, onlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara çox dəstək olurlar.

Layihələrimizdən birini təsisçisi Tərlan Qorçunun timsalında Bakı Kukla Teatrı dəstəkləyib. Onlar bizə tamaşanı təşkil etmək üçün yer ayırdılar. Bu, önəmli idi - biz bu tamaşa çərçivəsində adi və xüsusi uşaqları birləşdirdik, onlar birlikdə çıxış edirdilər. Hətta tamaşaçılar arasında belə sual verənlər var idi: “Burada kim adi, kim xüsusidir?” Bu çox vacib idi. Həm adi, həm də xüsusi insanlarla birgə işləyə biləcəyimizi göstərmək.

- Yəni, elə çıxır ki, sizin fəaliyyətiniz, əslində, hər şeyin başladığı fotoşəkildən kənara çıxıb?

- Bəli. Amma biz müntəzəm olaraq bəzi fotosessiyalar keçirməyə davam edirik. Məsələn, Novruzda həmişə tematik fotosessiya təşkil edirik. Bizə çəkiliş üçün yerlər təklif edirlər. Bu yaxınlarda retro üslubda fotosessiya təşkil etdik.

Uşaqlar buna çox sevinirlər. Əvvəlcə onlar utanırdılar, üz çevirirdilər, amma sonra uyğunlaşdılar. Onlar gözəl geyinmək, poz vermək, kameraya toxunmaq istəyirlər, bizdən onu əldə tutmağı xahiş edirlər. Valideynlər adətən belə hallarda deyirlər - olmaz! Mən isə deyirəm - niyə olmaz? Hətta “PhotoFun” layihəmiz də var idi: fon qurduq, bir uşaq onun yanında durur, digəri isə mənim yanımda otururdu. Biz kameranı birlikdə götürürdük və o, şəkil çəkməyə başlayırdı. Sonra fotoşəkillərinə baxa biləcəyini anlayırdı. Yəni, hər dəfə daha çox şey başa düşürlər. Ancaq onlarla müntəzəm işləmək, onları ictimailəşdirmək lazımdır.

- Şirin xanım, inklüzivliklə bağlı bizdə vəziyyət necədir?

- Bu çox çətin sualdır... Həmin inklüziv məktəblər mövzusudur. Bir tərəfdən biz istəyirik ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar adi uşaqlarla birlikdə məktəbə getsinlər. Hesab edirik ki, onların buna haqqı var və onları qəbul etməlidirlər. Amma eyni zamanda başqa bir tərəf, başqa fikir də var. Adi uşaqların valideynləri deyirlər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dərs zamanı hər kəsin diqqətini çox yayındırır. Onları da başa düşmək olar! Bu vəziyyətdə nə edilməli?

Burada tyotor və ümumiyyətlə təhsil mövzusu qaldırılır. Bu, belə olmamalıdır ki, xüsusi qayğıya ehtiyacı olan uşağı gətirsinlər və bununla da iş bitdi - bu sinfə salınır, qoy o, orada ictimailəşsin. Bu da düzgün deyil. Sistem olmalıdır, onu qurmaq lazımdır.

- Sizcə, ölkəmizdə bu vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazımdır?

- Düşünürəm ki, biz cəmiyyətlə daha çox işləməliyik. İlk növbədə uşaqlarla. Adi uşaqlarla. Biz məktəblərdə lazımi işləri görməliyik və xüsusi qayğıya ehtiyacı olan insanların mövcud olduğunu izah etməliyik. Hazırda bu mövzuda daha çox mühazirələr, görüşlər və söhbətlər aparılır. Bütövlükdə, indi vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Biz bu istiqamətdə işi davam etdirməliyik və imkan daxilində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də eyni tədbirləri keçirməliyik.

- Biz sizinlə söhbətimizə başladığımız tədbirlər mövzusuna qayıdırıq. Belə hadisələr xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə necə təsir edir? Bu onlara necə kömək edir?

- Mən bütün yolboyu bu anaların yanında olmuşam. İndi də əvvəl nəyin olduğunu xatırlayıram və indi necə olduğunu görürəm.

Hər dəfə biz harasa miniklə və ya piyada gedəndə onlar yığışırlar, ünsiyyət qururlar, videolar çəkirlər. Belə günlərdə onlar bəzənirlər, saç düzümü edirlər, qızların üzlərində makiyaj olur. Əvvəlcə mən bunu hiss etmirdim. Amma sonra onların necə dəyişdiyini gördüm. Yəni, onlar harasa çıxmağa, ünsiyyət qurmağa, gülməyə başladılar. Bu isə böyük bir üstün cəhətdir!

- Şirin xanım, bu çətin işi davam etdirmək üçün şəxsən sizə güc verən nədir? Ailənizin dəstəyi sizin üçün nə dərəcədə vacibdir?

- Bu, əslində, çox çətin bir fəaliyyətdir. Fotosessiyalar yenə də az-çox yüngül keçir. Lakin müəyyən tədbirlər var ki, onların keçdiyi zamanı yük çox yüksək olur. Həm də emosional yük. Elə olur ki, bir an göz yaşlarıma hakim ola bilmirəm...

Ailənin dəstəyi mənim üçün çox vacibdir. Həyat yoldaşım və qızım bütün bunları mənimlə birlikdə yaşayırlar. Axşam gəlirəm və yoldaşıma tədbirin necə keçdiyindən mütləq bəhs edirəm. Bunun necə gözəl olduğunu. Bizim cəmiyyətin Şirinin uşaqları adlı WhatsApp qrupu var. Adətən tədbirdən iki-üç gün sonra hamı bu qrupda yazır, şəkil, video paylaşır, emosiyalarını bölüşür. Hər tədbirdən sonra evdə hamı artıq bilir ki, mən bütövlükdə bu qrupdayam. Mən otururam, oxuyuram, gülümsəyirəm və həyat yoldaşım deyir: “Aaa, şərhlər gəldi!” Qızım da dərhal xahiş edir: “Gəl birlikdə oxuyaq”.

Mən həyat yoldaşımla hansısa mövzu ilə bağlı da məsləhətləşə bilərəm. O, belə məqamlarda həmişə qızımızı çağırır, deyir – gəl, ananın köməyə ehtiyacı var, gəl birlikdə düşünək. Qızım mənim ilk dostum, köməkçim və müttəfiqimdir. O, tez-tez mənimlə tədbirlərə gəlir, kömək edir, uşaqların hər biri ilə, valideynləri ilə ünsiyyət qurur. Bütün bunları müşahidə etmək çox xoşdur. Onlar fərqli olsaydılar, məni başa düşməsəydilər, mənim üçün çox çətin olardı.

- Fəaliyyətiniz çərçivəsində nəyi xəyal edirsiniz?

- Mənim böyük arzum – xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişaf edə biləcəyi, təhsil ala biləcəyi, oynaya biləcəyi, dostlar tapacağı və özlərini tamamilə təhlükəsiz hiss edə biləcəyi bir məkan yaratmaqdır. Bu, sadəcə bir mərkəz deyil, hər bir uşağın xüsusi, dəyərli, ehtiyac duyduğu bütöv bir dünya olacaq. Ürəyi mehriban mütəxəssislərin çalışdığı, valideynlərin dəstək aldığı yer, cəmiyyət isə xüsusi qayğıya ehtiyacı olan uşaqların onlara şans verildiyi təqdirdə nə qədər çox iş görə biləcəyini görmək imkanıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir