ŞİRKƏTİN UŞAQLARA BAYRAM HƏDİYYƏSİ
AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi” layihəsinin əsas podratçılarından olan MakDermott Kaspian Kontraktorz, İnk. şirkəti ənənəsinə sadiq qalaraq, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə uşaqlar üçün musiqili-əyləncəli şənliklər təşkil etmişdir.
Qaradağ rayonunda yaşayan müharibə veteranları, əlil, şəhid ailələrindən olan uşaqlar və Mərdəkan qəsəbəsindəki 3 nömrəli internat məktəbin sakinləri üçün keçirilən bayram şənliklərində uşaqlar mahnı oxumuş, rəqs etmiş, viktorinalarda biliklərini sınamış, bol süfrə arxasında nahar etmiş, bayram hədiyyələri almışlar. Şənliklərdə 350-dən çox uşaq iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]
Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO
- 07.10.2026 [20:03]