Sirli doqquzuncu planet Günəşin maililiyinə şərait yaradıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Günəş sisteminin sirli doqquzuncu planeti Günəşin maililiyinə səbəb ola bilər. AZƏRTAC “svopi.ru” saytına istinadla xəbər verir ki, bu barədə NASA tədqiqatçıları məlumat veriblər.
Mütəxəssislərin sözlərinə görə, Britaniya alimləri Günəş sistemində doqquzuncu planetin mövcud olmasını, demək olar ki, sübuta yetiriblər. Onların fikrincə, Yer kürəsindən böyük məsafədə yerləşən bu göy cisminin qarşısını başqa planetlər tutduğundan o, həmişə görünməzdir. Bu obyekti cihazlar da eyniləşdirə bilmir, çünki çox uzaqda yerləşir.
Alimlər bildirirlər ki, Günəşin maililiyi sistemin kənarında planetin olması ilə bağlıdır. Günəşin orbiti boyu hərəkət etmək üçün sistemin bütün obyektləri onunla eyni ox üzərində olmalıdır.Doqquzuncu planet Yerə nisbətən bir qədər əyilmiş vəziyyətdədir və buna görə də Günəşə paralel deyildir.
NASA-nın fərziyyəsinə görə, doqquzuncu planetdə həyat ola bilər. Günəşdən uzaq məsafədə yerləşsə də, temperaturu, çox güman, müsbətdir, çünki bu planet digər sistemlə qovuşuq məkanda yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]