Şirvan regional miqrasiya idarəsi səyyar xidmətlərin göstərilməsini davam etdirir
Bakı, 24 iyun, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid Şirvan, Salyan və İmişli rayonlarında yaşayan ahıl və səhhətində müəyyən çətinliklər olan şəxslərə növbəti səyyar xidmət göstərilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, səyyar xidmət zamanı bir nəfərdən müvəqqəti yaşama icazəsinin alınması üçün tələb olunan sənədlər yaşadığı ünvanda götürülüb. Dörd nəfərə isə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə bağlı qərarlar təqdim olunub.