Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib
Şirvan, 30 may, Mahir Babayev, AZƏRTAC
Şirvanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin girişində qeydə alınıb. “VAZ-2106” markalı avtomobilin mikroavtobusla toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstənaxasına çatdırlıb.
Faktla bağlı araşdırma aparılır.