Sıxılmış hidrogen istehsalı üzrə Yaponiya-Avstraliya birgə layihəsinə başlanılıb
Tokio, 15 mart, AZƏRTAC
Yaponiyadan və Avstraliyadan olan şirkətlər gələcək nəsil enerji mənbəyi kimi sıxılmış hidrogenin istehsalı və nəqli üzrə pilot layihəyə başlayıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Avstraliyanın Viktoriya ştatında bu münasibətlə keçirilən mərasimdə iştirakçı şirkətlərin və hər iki hökumətin nümayəndələri iştirak ediblər.
Avstraliyanın energetika və tullantıların ixtisarı naziri Anqus Teylor bu layihənin böyük perspektivləri olduğunu bildirib.
Yaponiyanın “Japan Electric Power Development” şirkətinin nümayəndəsi isə qabaqcıl texnologiyalar və layihədə istifadə edilən təcrübə barədə məlumat verib.
Layihəyə əsasən, hidrogenin qəhvəyi kömürdən alınması və sonradan sıxılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə sınaqların Viktoriya ştatındakı müəssisələrdən birində aparıldığı bildirilir.
Qeyd edilir ki, qəhvəyi kömürün dəyəri elektrik enerjisi istehsalı üçün ixrac edilən kömürün üçdəbirini təşkil edir. Bildirilir ki, layihənin həyata keçirilməsi hidrogenin etibarlı və ucuz enerji mənbəyi kimi əhəmiyyətini təsdiq edir.
Layihə çərçivəsində cari ilin sonunadək Yaponiyaya sıxılmış hidrogenin ilk partiyasının göndərilməsinin planlaşdırıldığı da qeyd olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]