Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək
Siyəzən, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyalarında 12 minə yaxın ağac əkiləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günədək keçirilən aksiyalar zamanı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən ərazisindən keçən hissəsinin kənarlarında və rayonun bir çox yaşayış məntəqəsində yerli iqlim şəraitinə uyğun ağac tingləri əkilib.
Oktyabrın 18-dən başlayan aksiyada indiyədək 4 minə yaxın ağac əkilib. Aksiya oktyabrın 27-dək davam edəcək.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.