“Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçiriləcək
Bakı, 17 mart, AZƏRTAC
Biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkəti olan “AzInTelecom” MMC “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfransı təşkil edir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliğidir. Tədbir aprelin 14-də ingilis dilində keçiriləcək.
İştirak üçün qeydiyyatdan keçmək kifayətdir: https://forms.gle/PfGcywtvkWEEcMtMA
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]