Slovakiya – Kipr qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq
Bakı, 6 sentyabr, AZƏRTAC
FIFA referisi Əliyar Ağayev dünya çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
AZƏRTAC xəbər verir ki, Slovakiya - Kipr qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri italiyalı Massimiliano İrratti və Stefano Alassiodur.
Slovakiya - Kipr matçı sentyabrın 7-də Bratislavada keçiriləcək.