Slovakiya parlamentinin üzvü: Seçkilərdə hər şey demokratik qaydada təşkil olunub
Bakı, 10 fevral, AZƏRTAC
Müşahidə apardığım bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə oldum, heç bir qanun pozuntusu ilə qarşılaşmadım.
AZƏRTAC xəbər verir ki, bunu Slovakiya parlamentinin müşahidə missiyasının üzvü, Slovakiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek bildirib.
Seçkilərdə hər şeyin demokratik qaydada təşkil olunduğunu qeyd edən P.Marçek deyib: “Məntəqələrdə vətəndaşlarla ünsiyyətdə olan zaman gördüm ki, onlar hamısı parlament seçkilərində iştirak etməkdə maraqlıdırlar”.
Azərbaycanda 10-cu dəfə olduğunu deyən P. Marçek bildirib ki, ötən illər ərzində Bakı çox dəyişib, şəhər inkişaf edib. “İş adamlarımıza demək istəyirəm ki, Azərbaycanda investisiya qoymaq üçün münbit şərait var”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]