SOCAR-ın ekologiya idarəsində Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü qeyd olunub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsinin təşkilatçılığı ilə Qalada yerləşən Ekoloji Parkda 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr olunan tədbir keçirilib. Tədbirdə “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin təşkil etdiyi “Sağlam ətraf mühit naminə” adlı kompozisiya nümayiş etdirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, sonra Eko-Park ərazisinə gəzinti təşkil edilib, parkın yaradılması, istehsalat sahələri və infrastrukturu barədə iştirakçılara məlumatlar verilib.
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü BMT-nin ətraf mühitlə bağlı 1972-ci ildə keçirilən konfransında Yaponiya və Seneqalın təklifi ilə təsis olunub. Ətraf Mühitin Mühafizəsi günü 1973-cü ildən etibarən bütün dünyada qeyd olunmağa başlanılıb.