SOCAR: Korroziyaya qarşı tədbirlər zavodun ömrünü uzada bilər
Bakı, 9 dekabr, AZƏRTAC
Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisi ilk dəfədir ki, Azərbaycanda keçirilir. Bu konfransın və burada iştirak edən şirkətlərin fəaliyyəti iqtisadi baxımdan olduqca səmərəlidir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı konfransın icraçı sədri, SOCAR-ın vitse-prezidentinin müavini Polad Rüstəmov deyib.
“Neft və kimya sənayesində korroziya halları daha çox baş verir. Neft emalı zavodlarında, boru xətlərində, neft və qaz platformalarında maddələrin təsiri ilə korroziya prosesləri daha sürətlə gedir. Bunların yenidənqurulması və istismara buraxılması istər şirkətlərə, istərsə də dövlətə baha başa gəlir. Yeni texnologiyaların inkişafı ilə əlaqədar olaraq zavodlarda, borularda, platformalarda istifadə edilən konstruksiyalar xüsusi boyalar və digər maddələrlə boyanaraq davamlılığı artırılır. Əgər bir zavod 50 il fəaliyyət göstərəcəksə onun konstruksiyalarını korroziyadan qorumaqla həmin zavodun ömrü 100 ilə kimi uzadıla bilər”, - deyə P. Rüstəmov nəzərə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]