Sofiyada keçirilən Avropa birinciliyində daha bir boksçumuz mübarizəyə qoşulur
Bakı, 18 aprel, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə - aprelin 18-də daha bir boksçumuz mübarizəyə qoşulacaq. Belə ki, Fətəli İsmayılov (86 kq) dörddəbir finalda Oğuzxan Türk (Türkiyə) ilə qarşılaşacaq.
Xatırladaq ki, əvvəlki yarış günlərində millimizin üzvlərindən Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) rəqiblərini məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Onlar növbəti qarşılaşmalarını aprelin 19-da keçirəcəklər.
Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb.
Çempionatın qalibləri aprelin 21-də məlum olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]