Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri

Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri

Bakı, 30 may, AZƏRTAC

Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZƏRTAC-a bildirilib ki, statistik məlumata əsasən, hər il istehlakçılar bu qida məhsullarına 7 milyard dollara qədər vəsait xərcləyirlər. Müxtəlif növləri olan şokoladın tərkibi təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə olunur.

Şokoladın bir neçə əsas növü var. Acı şokolad kakao yağı, toz şəklinə salınmış kakao, lesitin, vanil və şəkər kirşanından istehsal edilir. Şokoladın bu növü ən zərərsiz hesab edilir, belə ki minimum şəkər miqdarına malikdir, tərkibində süd və ya qaymaq yoxdur. Ən çox istehlak edilən südlü şokolad acı şokoladla müqayisədə daha şirindir və yüksək kaloriliyə malikdir. Südlü şokoladın əsas inqrediyentlərinə xırdalanmış kakao (acı şokoladla müqayisədə daha az miqdarda), şəkər, kakao yağı, lesitin, vanil, süd yağları və quru süd aiddir. Bəzi istehsalçılar şokolad istehsalında soyadan da istifadə edir ki, bu da məhsulun dadına və keyfiyyətinə təsir göstərir.

Digər şokolad növünə ağ şokolad aiddir. Bu şokolad növünün südlü şokoladdan fərqi ondan ibarətdir ki, tərkibində xırdalanmış kakao və şokolad likörü (şokolad likörünün tərkibində spirt olmur) yoxdur. Tərkibində şəkərin yüksək miqdarı və qida qatqı maddələri çox olduğundan bu növ şokolad faydalı qida məhsulu hesab edilmir. Həmçinin qeyd etmək lazımdır ki, tərkibində 99 faiz şokolad liköru təşkil edən sərt və şirin olmayan, kəmşirin, tünd südlü şokolad və digər növləri də mövcuddur. Şokoladın növü tərkibindəki inqrediyentlər, kakaonun faiz miqdarından asılıdır. Keyfiyyətli şokolad dağılmamalı, dişlərə yapışmamalı və əldə əriməməlidir.

Kakao və şokolad məhsulları sağlamlığa olan faydalarına görə əsrlərboyu bir çox mədəniyyətlərdə dərman kimi istifadə edilib. Şokoladın tərkibində olan flavonoid maddələri qan təzyiqini aşağı salmaq və orqanizmdəki müəyyən hormonları balanslaşdırmaq kimi bir sıra faydalara malikdir. Flavonoidlərə meyvələrdə, tərəvəzlərdə, taxıllarda, çay, şərab, eləcə də şokoladda rast gəlinir. Flavonoidlər artıq bir sıra qidalanma, əczaçılıq, dərman və kosmetika sənayesində əvəzolunmaz bir komponent hesab olunur. Bu da onun antioksidant, iltihab-əleyhinə, anti-mutagen və anti-kanserogen xüsusiyyətlərə malik olması ilə əlaqədardır. Flavonoidlər, həmçinin xərçəng, Altsheymer xəstəliyi (AX), ateroskleroz və sair kimi müxtəlif xəstəliklərlə əlaqəli çeşidli biokimyəvi və antioksidant təsirə malikdir. Şokolad antioksidantların (flavonoidlərin) əhəmiyyətli dərəcədə toplandığı mənbələrdəndir və tünd şokolad bu baxımdan süd və ya ağ şokoladdan daha zəngindir.

Şokoladın bütün sirri onun tərkibindəki kakao yağındadır. Əsl kakao çəyirdəklərindən hazırlanan şokolad faydalı vitaminlər (B1, B2, B3, B5, B8 və E), alkaloidlər, bol minerallar (maqnezium, sink, dəmir, manqan, kalsium, mis, kükürd, kalium) və antioksidantlarla zəngindir. Bu məqsədlə kakao çəyirdəyi təmizləyib qovrulduqdan sonra narın üyüdülür. Üyüdülmüş kakaonun bir hissəsinin sıxılaraq yağı ayrılır. Kakao yağından hazırlanan məhsullara "şokolad", bitki tərkibli yağlar və kakao tozundan hazırlanan məhsullara isə “yalançı şokolad” deyilir. “Yalançı şokolad”larda kakao yağı əvəzinə bitki yağları, palma, soya, pambıq, qoz, fındıq, hind qozu, manqo toxumu yağlarından istifadə edilir. Ümumiyyətlə şokoladın tərkibində 35-37 faiz yağ olur. Kakao yağı şokoladın üçdəbir hissəsini təşkil edir, otaqda və ya ətraf mühit temperaturunda şokoladın sərtliyinə, kövrəkliyinə, əriməsinə, şokoladın parlaqlığına və rəf ömrünə cavabdehdir.

Bəzən şokoladların istehsalında bitki yağlarının hidrogenləşməsindən əldə edilən sintetik yağlar da istifadə olunur. Bu cür şokoladların tərkibində trans yağlarla yanaşı, çox miqdarda şəkər, kimyəvi əlavələr olan boyalar və qatqı maddələri də mövcud olur. Belə şokoladların gündəlik istehlakı zamanı insan orqanizmi kimyəvi maddələrlə yanaşı, trans yağların istehlakı ilə də üzləşir ki, bu da öz növbəsində ürək xəstəlikləri riskini artırır, immun sistemini zəiflədir, mədəaltı vəzin fəaliyyətini pozur, xərçəng xəstəliyi riskini yüksəldir və piylənməyə səbəb olur, həmçinin reproduktiv sistemə mənfi təsir göstərir.

Şokoladdakı flavonollar dərini günəşin zərərli təsirlərindən qoruyur, o cümlədən dəriyə qan axınını yaxşılaşdırır, dəri nəmliliyini artırır. Flavanollarla zəngin şokoladın müntəzəm istehlak edilməsi dərinin əhəmiyyətli dərəcədə foto-qorunmasını təmin edir və beləliklə, insan dərisini zərərli ultrabənövşəyi şüaların təsirindən qorumaqda effektiv xarakter daşıyır. Adi şokoladın isə belə bir təsiri yoxdur.

Sağlam könüllülərin iştirakı ilə aparılan bir araşdırma, 5 gün ərzində flavanolla zəngin kakao və ya tünd şokolad qəbulunun beyinə qan axınını artırdığını göstərib. Bu maddələr, həmçinin zehni əngəlli yaşlı insanlarda da beyinin funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Kakao və şokolad məhsullarının istehlakı bəzi insanlarda həzm problemlərinə, dəri reaksiyalarına, qəbizliyə və miqrenə səbəb ola bilir. Şokoladın narahatlığın artması, yuxusuzluq, daha sürətli ürək döyüntüsü və sidik ifrazatının artması da daxil olmaqla, kofein ilə əlaqəli digər yan təsirləri də var.

Hamiləlik dövründə yüksək miqdarda şokolad qəbulu tərkibindəki kofeinlə əlaqədar olaraq, doğulacaq körpənin çəkisinin azalmasına, eləcə də erkən doğuşa səbəb ola bilir. Lakin digər bir araşdırma onun aşağı dozalı qəbulunun ana və körpənin əhval-ruhiyyəsinə, hətta müsbət təsir göstərdiyini aşkar edib.

Şokolad alarkən diqqət edilməli əsas məqam etiket məlumatları ilə tanışlıqdır. Şokoladın qablaşdırılmasında aşağıdakı etiket məlumatları yer almalıdır; adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal tarixi, son istifadə tarixi, saxlama şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri. Etiketdə şokoladın hansı növə aid olduğu da qeyd edilməlidir. Əgər şəkər qismən və ya tamamilə dadlandırıcı ilə əvəz edilibsə, etiket məlumatında mütləq dadlandırıcının miqdarı göstərilməlidir. Şokoladın tərkibində kakao yağı ilə bərabər digər bitki yağları da varsa, bu barədə etiketdə məlumat verilməlidir. Kakaonun miqdarı (ağ şokolad istisna olmaqla) mütləq qeyd edilməlidir.

Həmçinin şokoladın saxlanma şəraitinə də diqqət edilməlidir. Şokoladın saxlanması üçün optimal temperatur 18±3°С, rütubət isə 75 faiz hesab edilir. Şokoladı günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Şokoladı sərin yerdə saxlamaq məqsədəuyğundur. Belə ki, şokoladın soyuducuda saxlanılması onun səthinin rənginin dəyişməsinə və ağ rəngli örtüyün əmələ gəlməsinə səbəb olur. Bu ağ örtük nəmliyin çox olması ilə əlaqədar olaraq, şokoladın tərkibindəki şəkərin onun səthinə yığılması nəticəsində əmələ gəlir. Bu hal şokoladın dadına təsir etməsə də, görünüşünü korlayır. Düzgün saxlanma şəraitində acı şokolad iki il müddətində öz keyfiyyətini qoruyur.

Qablaşdırılmış şokolad soyuducuda, istənilən temperatur və rütubət şəraitində bir neçə ay ərzində saxlanıla bilər. Bu zaman şokoladın dad və ətri dəyişməz qalır. Məhsul açıldıqda isə hermetik konteynerə yerləşdirilməlidir ki, hava ilə təmasa yol verilməsin və kənar qoxuların hopmasının qarşısı alınsın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib