Somalidə avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub YENİLƏNİB
Bakı, 15 iyul, AZƏRTAC
Somalinin paytaxtı Moqadişoda futbol üzrə Avropa çempionatının finalını nümayiş etdirən kafenin yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SONNA agentliyi polisə istinadən məlumat yayıb .
"İlkin məlumatlarda 5 nəfərin öldüyü və 20-yə yaxın yaralının olduğu təsdiqlənib", - polis sözçüsü bildirib.
Polis rəsmisi qeyd edib ki, partlayışa “xarici terrorçular” tərəfindən kafenin yanında park edilmiş avtomobilə yerləşdirilmiş bomba səbəb olub.
02:45
Somalinin paytaxtı Moqadişoda futbol üzrə Avropa çempionatının finalının nümayiş olunduğu kafenin yaxınlığında avtomobil partlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Somalinin “Shabelle Media Network” televiziya şirkəti məlumat yayıb. Kanalın məlumatına görə, partlayışda bir neçə nəfər həlak olub, yaxınlıqdakı evlərin pəncərələri sınıb.
Yerli media bildirir ki, hücum partlayıcı yüklü avtomobillə törədilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]