Son bir ildə əmək sahəsi üzrə 110 dövlət standartı hazırlanaraq təsdiq edilib
Bakı, 3 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə əməyin təhlükəsizliyi ilə bağlı dövlət standartlarının hazırlanması işlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il daha 110 dövlət standartı hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.
Standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanıb. Onlar iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir.
Bununla da Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı hazırlanaraq təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:26]
Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib
- 08.06.2026 [12:46]
Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir
- 08.06.2026 [12:38]