Son sutka ərzində İranda koronavirusdan 162 nəfər ölüb
Tehran, 29 iyun, AZƏRTAC
İranda koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində 2536 nəfər virusa yoluxub, 162 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 225 min 205 nəfərə, ölənlərin sayı isə 10 min 670-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 186 min 180 nəfər sağalaraq evə buraxılıb.
Hələlik yoluxma halları sağalanların sayını üstələyir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]