Son üç gündə 71 Rusiya hərbçisi həlak olub, 210 nəfər yaralanıb
Moskva, 6 iyun, AZƏRTAC
Son üç gündə Rusiya ordusu 71 hərbçisini itirib, 210 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Qeyd edək ki, Rusiya tərəfi Ukrayna münaqişəsində itkilərini sonuncu dəfə ötən ilin sentyabrında açıqlamışdı. O vaxt S.Şoyqu 5937 Rusiya hərbçisinin həlak olduğunu bildirmişdi.
Nazirin sözlərinə görə, iyunun 4-də Ukrayna silahlı qüvvələri beş istiqamətdə, ayın 5-də isə yeddi istiqamətdə hücuma keçib. Üç gün ərzində Ukrayna ordusunun əks-hücumunu dəf edərkən 71 Rusiya hərbçisi həlak olub, 210 hərbi qulluqçu yaralanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]