Sorğu: Britaniyada mühafizəkarları ağır seçki məğlubiyyəti gözləyir
Bakı, 4 aprel, AZƏRTAC
Böyük Britaniyanın Leyboristlər Partiyası qarşıdakı parlament seçkilərində 400-dən çox yerlə hakimiyyətə gələ bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə proqnoz YouGov sosiologiya institutunun son rəy sorğusunun nəticələrində əksini tapıb. Belə ki, 18 min britaniyalı arasında keçirilən sorğuya görə, leyboristlər parlamentdə rəqiblərinin 2019-cu ildə qazandığı nəticədən təxminən iki dəfə çox yer götürə bilərlər. Yəni leyboristlər 403, mühafizəkarlar isə cəmi 155 mandata sahib ola bilər. Bu o deməkdir ki, Mühafizəkarlar Partiyasını 1997-ci ildəkinə nisbətən daha ağır məğlubiyyət gözləyir. O vaxt Leyboristlər Partiyasının böyük qələbəsi nəticəsində mühafizəkarların parlamentdə cəmi 165 deputatı qalmışdı.
Mühafizəkarlar həmin məğlubiyyətdən yalnız 18 il sonra, 2015-ci ildə təkbaşına hökumət qura bilmişdi. O zaman parlament seçkilərindəki qələbə Böyük Britaniyanın Avropa İttifaqından çıxması ideyası fonunda əldə edilmişdi.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkədə parlament seçkilərinin bu ilin ikinci yarısında keçirilə biləcəyini bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]