Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün “Biznesin sədası” layihəsinə başlanılıb
Bakı, 4 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün növbəti layihəyə start verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentliklə Azərbaycan Karlar Cəmiyyətinin birgə əməkdaşlığı ilə həmin şəxslərin özünüməşğulluğunu təmin etmək məqsədilə “Biznesin sədası” layihəsinin icrasına başlanılıb.
Layihə üzrə eşitmə qabiliyyəti məhdud işsiz şəxslər özünüməşğulluq proqramına cəlb olunaraq dərzi və qənnadıçı istiqamətlərində öz işlərini qurmaları üçün avadanlıqlarla təmin ediləcək. Agentliyin təşkil etdiyi peşə hazırlığı kurslarını bitirən, həmçinin həmin sahələr üzrə bacarıqları olan şəxslər bu layihəyə cəlb olunacaq.
Hazırda layihə iştirakçılarının qeydiyyatı aparılır. Növbəti mərhələdə onlar təlimlərdə iştirak edəcək və qiymətləndirməyə cəlb ediləcəklər.
Layihəyə eşitmə qabiliyyəti məhdud 30 şəxsin cəlb edilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]