SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASINDA
Komissiyanın sədri Hadi Rəcəbli birinci məsələ ilə əlaqədar demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim etdiyi qanun layihələrində “Psixiatriya yardımı haqqında”, “Məşğulluq haqqında” qanunlara redaktə xarakterli düzəlişlərin edilməsi təklif olunur. İkinci layihədə isə deyilir ki, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi xidmətə çağırılmış şəxslər, hərbi tədbirlərdə iştirak etdikdə onların əvvəlki iş yerindəki vəzifəsi və orta əmək haqqı saxlanılır. Əmək Məcəlləsinə də eynitipli düzəlişin edilməsi nəzərdə tutulur.
Deputatlar təklif olunan əlavə dəyişiklərə münasibət bildirdikdən sonra layihələrin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.