SOSİAL YARDIM PROQRAMI HƏYATA KEÇİRİLİR
Alman Texniki Əməkdaşlıq Proqramının Tovuz rayonunda həyata keçirdiyi Sosial Yardım Proqramı əhalinin aztəminatlı təbəqəsinə, şəhid ailələrinə, başçısını itirmiş ailələrə, kimsəsizlərə və I qrup əlillərə yardım nəzərdə tutur.
Təşkilatın Ağstafa şəhərində yerləşən ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqram çərçivəsində hər ailəyə 1 kisə un olmaqla 490 ton un paylanılması planlaşdırılır və artıq proqramın həyata keçirilməsinə başlanılmışdır.