“SOYQIRIMLARI TARİXİ VƏ QƏRBİN ERMƏNİ İDDİALARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Mayns Azərbaycan Cəmiyyətinin və Almaniyadakı türk icmalarının təşəbbüsü ilə keçiriləcək bu konfransda ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı törətdikləri terror aktları və soyqırımı faktlarından söhbət açılacaq, bu barədə dünya ictimaiyyətinə dolğun və dürüst məlumatların çatdırılması yolları müzakirə olunacaqdır. Uzun illər soyqırımı və terrorçuluq mövzusunun tədqiqi ilə məşğul olan tanınmış alim, sosial antropoloq və etnoqraf Sefa Yürükel geniş məruzə ilə çıxış edəcəkdir.
Tədbirdə Almaniyadakı bir sıra nüfuzlu şəxslər, siyasət adamları, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.