“Spartak” klubunun yeni baş məşqçisi müəyyənləşib
Bakı, 17 dekabr, AZƏRTAC
Moskvanın “Spartak” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Ruy Vitoriyanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsi Paolo Vanoliyə həvalə olunub. Qırx doqquz yaşlı mütəxəssis son 4 ildə “İnter”, “Çelsi” və İtaliya A millisində Antonio Kontenin köməkçisi işləyib.
Xatırladaq ki, “Spartak” bir neçə gün əvvəl portuqaliyalı Ruy Vitoriyanı istefaya göndərib. Moskva təmsilçisi Rusiya Premyer Liqasında cari mövsümün ilk hissəsini 23 xalla doqquzuncu pillədə başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]