“Sputnik V” ilə yanaşı İran “AstraZeneca” peyvəndini də alacaq
Tehran, 9 fevral, AZƏRTAC
Son 24 saat ərzində İranda koronavirusa 7 min 640 nəfər yoluxub, 89 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 481 min 396 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 625-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 762 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 266 min 518 xəstə sağalaraq evə buraxılıb.
Prezident Həsən Ruhaninin sərəncamı ilə fevralın 8-dən əhaliyə Rusiyadan alınan “Sputnik V” peyvəndi vurulur. İlk peyvəndin vurulmasında İranın səhiyyə naziri Səid Nəmaki də iştirak edib. İlk peyvənd olunan məhz nazirin oğlu olub.
Səhiyyə Nazirliyindən bildiriblər ki, “Sputnik V” peyvəndi ilə yanaşı İran Böyük Britaniyadan 4,2 milyon doza “AstraZeneca” peyvəndini də alacaq. Bu peyvənd fevralın ikinci yarısında İrana gətiriləcək.
Nazir bildirib ki, peyvənd əhaliyə pulsuz vurulacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]