Şri-Lankada əlverişsiz hava 250 min insana təsir edib
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 1-dən etibarən davam edən əlverişsiz hava şəraiti Şri-Lankada təqribən 250 min insana təsir edib.
AZƏRTAC “Daily Mirror” saytına istinadla xəbər verir ki, ölkənin Fəlakətlərin İdarə Olunması Mərkəzinin direktoru Pradip Kodippili mediaya açıqlamasında şiddətli yağışın Kolombo, Qampaha, Kalutara, Qalle və Matara rayonlarında davam etdiyini bildirib.
Məlumatda əlverişsiz hava şəraitinin yaratdığı torpaq sürüşməsiylə əlaqədar olaraq, Qərb əyalətinin Kolombo, Kalutara rayonlarında, Cənubi əyalətin Matara, Qalle, Hambantota rayonlarında və Sabaraqamuva əyalətinin Keqalle və Ratnapura rayonlarında əhaliyə xəbərdarlıq olunub.
Meteorologiya Departamenti ictimaiyyətdən daşqın, sürüşmə, leysan və ildırımın vurduğu ziyanı minimuma endirmək üçün adekvat tədbirlər görməyi xahiş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]