S.SİNSADZE: “GÜRCÜSTAN AZƏRBAYCANIN DAXİLİ İŞLƏRİNƏ KOBUD SURƏTDƏ MÜDAXİLƏ EDƏ BİLMƏZ”
O demişdir ki, Gürcüstan Azərbaycanın daxili işlərinə kobud surətdə müdaxilə edə bilməz. Doğrudur, Gürcüstanda inqilab baş verdi, lakin Saakaşvili inqilabın ixracçısı deyildir. Qonşu ölkənin daxili işlərinə kobud surətdə müdaxilə etmək Rəsul Quliyevə sığınacaq vermək deməkdir ki, bu da baş tutan iş deyildir. Gürcüstan ABŞ-da qaçqın statusu alan Rəsul Quliyevi qəbul etməməklə heç bir beynəlxalq normanı pozmur. Politoloq Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu, iki dost ölkəni sıx iqtisadi və siyasi əlaqələr bağladığını xatırladaraq, Azərbaycanla münasibətlərdə böyük sayıqlıq göstərilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanda qarşıdakı parlament seçkilərinin ədalətli, azad və şəffaf keçiriləcəyinə əmin olduğunu da bildirmişdir.