“Standart Insurance Sığorta Şirkəti” üzrə 3400 zərərçəkənə kompensasiya ödənilib
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə “Standard Insurance Sığorta Şirkəti”nin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflisolma ilə əlaqədar vermiş olduğu qərar sentyabrın 14-də qüvvəyə minib.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə uyğun olaraq büro şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə mindiyi gündən başlayıb. Ötən 55 iş günü ərzində 3400 zərərçəkən fiziki və hüquqi şəxsə kompensasiya ödənişi həyata keçirilib. Ödənişlərin toplam məbləği təqribən 3 milyon 330 min manat təşkil edib.
Qeyd edək ki, İcbari Sığorta Bürosu “Standard Insurance Sığorta Şirkəti” ilə bağlanan son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə bağlı ödənişlərin həyata keçirilməsini davam etdirəcək.
Xatırladaq ki, bu, İSB-in fəaliyyət dövründə ikinci haldır. 2017-2018-ci illər üzrə “Alfa Sığorta” şirkətinin iflası nəticəsində qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 min manat kompensasiya ödənişi həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]