Stokholm metrosunda pilotsuz qatarlar peyda olacaq
Stokholm, 28 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Stokholm metrosunun “Fridhemsplan” və “Elvhyo” stansiyaları arasında altı stansiyadan ibarət yeni sarı xəttin inşa edilməsi planlaşdırılır. Heç bir apellyasiya verilmədiyi təqdirdə, bu tikinti üçün icazənin alınması prosesinin 2025-ci ildə tamamlanacağı gözlənilir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, sarı xəttin inşasına 9 il sərf olunacaq.
Stokholm Regional Şurasında metronun sarı xəttinin İsveçdə ilk pilotsuz qatar xidməti olacağına dair qərar qəbul edilib. Şura üzvləri əmindirlər ki, pilotsuz qatarlar enerji sərfiyyatı baxımından daha qənaətlidir və adi qatarlardan fərqli olaraq, daha az texniki xidmət tələb edir. Üstəlik, pilotsuz qatarların axşam saatlarında idarə edilməsi daha asandır.
Metro istifadəçiləri sürücüsü olmayan qatarların xəttə buraxılması fikrinə şübhə ilə yanaşırlar və insan tərəfindən idarə edilən nəqliyyat vasitəsində hərəkət etməyin daha etibarlı olduğunu deyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]