STOKHOLMDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İsveçin paytaxtı Stokholmdakı Sergelstorg meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirmişlər. “Qarabağ”, “Azərbaycan Naminə”, “Prometey”, “Odlar Yurdu”, “Ərk”, “Azərbaycan Federasiyası-İsveç” və digər təşkilatların üzvlərinin iştirak etdiyi mitinq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Xocalı qətliamında həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra soyqırımı barədə ingilis və isveç dilində çıxışlar olmuşdur.
Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklərdən bəhs edən broşürlər şəhər ictimaiyyətinə paylanmışdır. Mitinqin sonunda soyqırımı aktını pisləyən qətnamə qəbul edilmiş və sənəd beynəlxalq insan hüquqları təşkilatlarına göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]