Stolüstü tennisçilərimizin Portuqaliya sınağı
Bakı, 24 fevral, AZƏRTAC
Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, fevralın 25-dən martın 3-dək Portuqaliyanın Vila Real şəhərində təşkil olunacaq "WTT Youth Contender Vila Real 2023" yarışına iki idmançımız qatılacaq. Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Portuqaliya sınaqlarında Mərziyyə Nurmətova və Adil Əhmədzadə bacarığını göstərəcək.
Qeyd edək ki, fevralın 25-dən 27-dək qızlar şəxsi turnirdə qalibi müəyyənləşdirəcəklər.
Fevralın 28-də idmançılar qarışıq-qoşa yarışlarda qüvvələrini sınayacaqlar.
Martın 1-dən 3-dək isə oğlanlar şəxsi yarışlarda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]