Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub
Bakı, 21 sentyabr, AZƏRTAC
Stolüstü tennisçimiz Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turnirində mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, 15 yaşadək tennisçilərin turnirində yarışan idmançı yarımfinaladək inamla irəliləsə də, finala çıxış uğrunda görüşdə uduzaraq 3-cü yeri tutub.
Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov səkkizdəbir finalda mübarizəni dayandırıblar.
On bir yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə də yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn tennisçi dörddəbir final səddini adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]