STRASBURQDA AZƏRBAYCAN GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da mərkəzi Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi bu şəhərdə Azərbaycan gecəsi təşkil etmişdir. Fransanın Stras-Europe təşkilatı ilə birgə keçirilən gecədə Azərbaycanla bağlı təbliğat lövhəsi qurulmuş, mahnılarımız səsləndirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirin əsas məqsədi fransızlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, Strasburqa yeni gəlmiş azərbaycanlı tələbələrlə yaxından tanış olmaq, Fransanın digər şəhərlərində yaşayan azərbaycanlılarla sıx əlaqə yaratmaq və bu ölkədəki azərbaycanlıların fəaliyyətinin əlaqələndirilməsinin səviyyəsini yüksəltməkdir.
Tədbirdə Paris, Mulhouse, Metz və s. şəhərlərdən nümayəndələr, Strasburqda yaşayan və təhsil alan azərbaycanlılarla yanaşı, fransız və xarici qonaqlar da iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]