STRASBURQDAKI “AZƏRBAYCAN EVİ”NDƏ HƏMRƏYLİK GÜNÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”ndə Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə Strasburqda və yaxın yaşayış məntəqələrində yaşayan soydaşlarımız, müxtəlif universitetlərdə təhsil alan tələbələrimiz iştirak etmişlər.
Toplantıda həmrəylik gününün əsasının uzaqgörən siyasi xadim, həyatını ölkəmizin inkişafına və çiçəklənməsinə, xalqının xoş rifahına həsr etmiş ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğu, dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıları öz doğma vətənləri ətrafında sıx birləşmək məqsədi daşıdığı xüsusi vurğulanmış, möhtərəm Prezidentimiz İlham Əliyevin həmrəylik günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin əsas mahiyyəti barədə məlumat verilmişdir. Ermənilərin çoxluq təşkil etdikləri Fransa kimi bir ölkədə Azərbaycanla bağlı həqiqətlərin yerli sakinlərə çardırılmasının ümdə vəzifə kimi hər bir azərbaycanlının müqəddəs borcu olduğu diqqətə çatdırılmışdır.
Sonda diskə yazılmış mahnılar səslənmiş, milli musiqimizin sədaları altında rəqslər ifa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]