SÜD KOMBİNATI İŞƏ SALINACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Salyandakı süd kombinatı bu ilin sonunadək yenidən fəaliyyət göstərməyə başlayacaq. “Bahadır” kiçik müəssisəsi onu özəlləşdirdikdən sonra yenidən qurur. Qısa müddətdə burada inzibati bina tikilib, su və kanalizasiya xətləri, avadanlıq təzələnib ərazi abadlaşdırılıb.
60 nəfərin işlə təmin ediləcəyi kombinatda azı 10 adda məhsul hazırlanacaq. Rayonun üç kəndində süd qəbulu məntəqəsi açılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]