Sükan arxasında mobil telefondan istifadə daha bir insanın həyatına son qoyub
Bakı, 29 yanvar, AZƏRTAC
Samux rayon sakini Rəşid Məmmədov idarə etdiyi “QazEL” markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobilin yoldan çıxaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, V. Əsgərovun atası da bir müddət əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
“Baş verən bu faciə sükan arxasında diqqəti yayındıran hərəkətlərin nə qədər ağır və geridönməz nəticələrə səbəb olduğunu bir daha açıq şəkildə göstərir. Mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır, nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını mümkünsüz edir. Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir”,- deyə məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]